Icma.az
close
up
RU
Bahalaşma indidən başladı: Güzəşt əbədi deyildi

Bahalaşma indidən başladı: Güzəşt əbədi deyildi

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda hibrid avtomobillərin idxalına tətbiq olunan güzəştlərin müddəti bitir. 

“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub ki, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə ƏDV-dən azad olacaq. Yəni qərar sadəcə elektromobillərə şamil olunacaq. 

1 yanvar 2026-cı ildən etibarən sözügedən avtomobillər əlavə dəyər vergisindən (ƏDV) azad olmayacaq. Lakin qərarın icrasına hələ 2 ay olmasına baxmayaraq, maşın bazarındakı qiymətlər artıq dəyişib. Belə ki, son günlərdə hibrid avtomobillərin qiyməti yüksəlib. Eyni zamanda, ikinci əl avtomobillər də bahalaşıb. Göründüyü kimi, hibrid avtomobillərə tətbiq olunan güzəştin ləğv olunması xəbəri belə bazarda qiymət artımına səbəb olub.

“Ölkə.Az” xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Cebheinfo.az”a açıqlamasında bildirib ki, yeni ildən hibrid avtomobillər idxal olunanda qiyməti yüksələcəyi üçün ölkədə olan hibrid avtomobillərin də bahalaşması labüddür: 

“Bu, qaçılmaz bir prosesdir. Çünki əldəki avtomobillər satıldıqdan sonra yeni idxal edəcəkləri hibrid avtomobillərin qiyməti baha olacaq. Ona görə də hazırkı qiymət artımı normaldır və bazarın qaydalarına uyğundur. Əslində, gözlənilən idi”. 

O, hibrid avtomobillərlə bağlı güzəştin ləğv olunmasını belə şərh edib: 

“Görünür, dövlət hibrid avtomobillərə bağlı qismən məqsədlərinə çatıb. Bu, insanların daha çox ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrini istismar etməsinə hesablanmışdı. 

Bu il ərzində ölkəmizə idxal olunan hibrid avtomobillərin sayı ümumilikdə idxal olan maşınların 40 faizini təşkil edir. Bu səbəbdən də sözügedən güzəştlər ləğv olundu. Ümumiyyətlə, bu güzəşt əbədi deyildi, haçansa başa çatmalı idi. Bəlkə gələcəkdə yenə də belə güzəştlər tətbiq oluna bilər”. 

Ekspert qeyd edib ki, Azərbaycanda elektrikli avtomobillərə maraq böyükdür: 

“Lakin həmin avtomobillər ölkəmizdə populyar deyil. İnsanların bu avtomobillərə marağı var, ancaq enerji doldurma məntəqələrinin sayının az olması  alışda çətinliklər yaradır. Çünki düşünürlər ki, əsasən Bakı və Abşeronda hərəkət etmələri olacaqlar, bölgələrə səfər etdikdə isə enerji doldurma məntəqələri tapmaya bilərlər. 

Ona görə də Azərbaycanda elektromobil alanların sayı həddindən artıq azdır. Həmçinin, ölkəyə idxal olunan elektromobillərin də sayının az olduğu görünür. Ölkədə enerji doldurma məntəqələrinin sayı artdıqca, elektrikli avtomobillər populyarlaşar. Güzəştə rəğmən ölkəyə idxal olunan və ya satılan elektrikli avtomobillərin kəskin formada artacağını zənn etmirəm”. 

Eldəniz Cəfərovun sözlərinə görə, ikinci əl avtomobil bazarında qiymətlər yüksələcək: 

“İdxal olunan hibrid avtomobillərin qiyməti artdığı üçün daxildə satılan maşınlar da bahalaşacaq. Köhnə maşınların qiymətində 10-15 faiz bahalaşma müşahidə oluna bilər. Məsələn, 20 min manata satılan maşın 22-23 minə təklif olunacaq”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Noyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri