Icma.az
close
up
RU
Bahalı geyim dəyər artırır? Mütəxəssis RƏYİ

Bahalı geyim dəyər artırır? Mütəxəssis RƏYİ

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müasir cəmiyyətdə insanın geyim tərzi çox zaman onun dəyərləndirilməsində ilkin meyar kimi çıxış edir. Xüsusilə sosial şəbəkələr və vizual mədəniyyətin ön planda olduğu dövrdə “yaxşı geyinmək” təkcə zövq deyil, həm də bir mesaj və status simvoluna çevrilib.

Bəs doğrudanmı yaxşı geyim insanın dəyərini artırır? Bu fikrin psixoloji əsası varmı, yoxsa bu, cəmiyyətin yaratdığı bir illüziyadır?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən AMEA-nın Rəyasət Heyətinin vitse-prezidentinin baş mütəxəssisi, psixoloq Zeynəb Həcəmova bildirib ki, insanın geyim tərzi uzun illər boyu mədəni və tarixi kontekstdə formalaşmış simvolik bir göstəricidir. Geyim yalnız estetik deyil, həm də sosial-psixoloji bir məsələdir:

“Geyim tərzi insanın qavranılmasında ilk atribut kimi çıxış edir. İnsanlar bir-birlərini əvvəlcə zahiri görünüş: boy, göz, bədən quruluşu kimi fiziki meyarlarla, daha sonra isə sosial atributlar: geyim, aksesuar və danışıq tərzi ilə dəyərləndirirlər”.

Onun sözlərinə görə, bu qavrama mexanizmi cəmiyyətin təbii bir prosesi olsa da, zahiri görüntünün həddindən artıq önə çıxarılması insanın daxili dəyərlərinin kölgədə qalmasına səbəb ola bilər. Yəni, geyim vasitəsilə insan özü haqqında istədiyi təəssüratı yarada bilər, lakin bu zaman “süni obraz” formalaşdırmaq riski də artır.

Psixoloq geyimin yalnız estetik vasitə olmadığını, onun sosial etalon funksiyası da daşıdığını bildirir:

“Geyim insanla mühit arasında həm təqdimat, həm də qorunma baryeridir. İnsan geyimi ilə "mən kiməm?" sualına cavab verir və cəmiyyətlə münasibət qurur. Bu həm də onun mənəvi aləminin vizual təzahürüdür”.

Z.Həcəmova əlavə edib ki, geyim insanın psixoloji rahatlığına da birbaşa təsir edir. İnsan özünü zövqünə uyğun, təmiz və uyğun geyindiyi zaman sosial qarşılıqlı münasibətlərdə özünə daha çox güvənir. Hətta bu, peşəkar uğurlarına da dolayısı ilə təsir edə bilər.

Mütəxəssis insanların bahalı geyimlərə meyllənməsindən də danışıb:

“Bəzi şəxslər geyimi özlərini ideal obrazda təqdim etmək üçün bir vasitəyə çevirirlər. "Mehriban", "cəsarətli" və ya "təvazökar" obrazını geyimlə göstərmək istəyə bilərlər. Lakin bu, davamlı psixoloji gərginlik və özünüifadə ilə reallıq arasındakı ziddiyyətə gətirib çıxara bilər.

Əgər insan geyimi ilə kim olduğunu gizləməyə çalışırsa və bu, zahiri görünüşə həddindən artıq fokuslanma halı alırsa, bu zaman şəxsiyyətin inkişafı üçün zərərli nəticələr ortaya çıxır. Bəzən maddi imkanlardan artıq resurslar bu məqsədlə xərclənir, bu isə daxili böhrana və psixoloji asılılığa səbəb ola bilər.

Cəmiyyətin yaratdığı brend geyimə, bahalı aksesuarlara yönəlik kult əslində fərdi orijinallığın qarşısını alır. Geyim təmiz, səliqəli və zövqlü ola bilər, lakin onun bahalı olması şəxsin dəyərini artırmır. Əsas olan insanın geyimi ilə yaratdığı sosial simanın onun mənəvi keyfiyyətləri ilə üst-üstə düşməsidir. Gənclər arasında bu mövzu xüsusilə müzakirə olunmalı və doğru yönləndirilməlidir”.

Zeynəb Həcəmovanın fikirləri göstərir ki, “yaxşı geyim insanın dəyərini artırır” fikri müəyyən mənada psixoloji reallığı əks etdirir. Lakin bu, yalnız o halda doğrudur ki, geyim insanın iç dünyasının, zövqünün və şəxsiyyətinin əsl təzahürü olsun. Əks halda, bu sosial illüziyaya və ya psixoloji maskaya çevrilə bilər.

“Geyim insanın kim olduğunu göstərmək üçün bir vasitədir, lakin kim olmadığını gizlətmək üçün deyil. Ən önəmlisi isə sağlam psixika, dəyərlərə əsaslanan şəxsiyyət və daxili harmoniya - bunlardır, insanın əsl dəyərini müəyyən edən faktorlar”.

Bəsti Rəfizadə
Sfera.az

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sfera.az
archiveBu xəbər 28 May 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri