Icma.az
close
up
RU
Bahalı hədiyyə uşaqları xoşbəxt edir? Psixoloqdan bilinməyən detallar

Bahalı hədiyyə uşaqları xoşbəxt edir? Psixoloqdan bilinməyən detallar

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Uşaqların tərbiyəsində mükafatlandırma və ya rəğbətləndirmə adətən onların fəaliyyətə motivasiya hissini artırır”. 

Bu sözləri psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova “Cebheinfo.az”-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, çox gözəl üsuldur: 

“Lakin səbəbsiz halda daim alınan hədiyyələr, oyuncaqlar uşaqların maraqlar sistemini bir qədər sərhədsiz hala gətirə bilər. Eyni zamanda, valideynlərin ona “mütləq nəsə etməlidir” düşüncəsi yaradar. Zaman keçdikcə isə bu eqoizm digər insanlardan da tələb formasına alır. Biz öz düşüncəmizlə uşaqların düşüncəsini eyni tutmalıyıq”. 

Ekspert qeyd edib ki, uşaqlar bahalı əşyaların mahiyyətini dərk etmirlər: 

“Bəzən 1 manata alınan hədiyyə uşağa daha maraqlı gəlir, nəinki bahalı oyuncaqlar. 4-5 yaşadək uşaqlar oyuncaqları sökməyi sevirlər. Haqlı olaraq oyuncağı alan valideynlər bundan şikayətçi olurlar. Amma uşaq üçün bu, axtarış, təhlil mahiyyəti daşıyır. Məsələn, uşaq şüşə hissəsi qara olan maşının şüşəsini qırıb-sındırıb içində insan olub-olmadığını yoxlayır və s. Bu axtarış onların təfəkkür- idrak prosesini inkişaf etdirir. Alınan  hədiyyə bahalı da, ucuz da olsa, uşaq oyuncağa eyni münasibət göstərəcək”. 

Psixoloq diqqətə çatdırıb ki, daim alınan bahalı hədiyyələr körpələrin, uşaqların tərbiyəsində, inkişafda problemlər yaratdığı kimi, yeniyetməlikdə də çətinliklər yaradacaq: 

“Uşağa xərclənən pulun mahiyyətini alınan malın keyfiyyət və kəmiyyət anlamı yeniyetməlik dövründə tərbiyə edilməlidir. Yeniyemətlik uşaqlar üçün göstəriş dövrüdür. Onlar bir-biri ilə bəhs edir və özlərini həmyaşıdlarına sübut etməyə çalışırlar. Alınan əşyalarınsa kəmiyyət və keyfiyyətinə deyil, göstərişə və brendə önəm verirlər.

Burada əsas yük valideyn tərbiyəsinin üzərinə düşür. Yəni yeniyetmə gənc yetkinlik dönəmində öz şəxsiyyətini doğru anlamalı, kiməsə özünü sübut etməyə, özünütəsdiqə ehtiyac duymamalıdır. Onu da əlavə etmək istərdim ki, uşaqlar bahalı hədiyyələrlə xoşbəxt olmurlar. Bir neçə günə həmin hədiyyə uşaq üçün öz dəyərini itirir. Uşaq üçün əls xoşbəxtlik sevgi və qayğıdır”. 

Elmir 
“Cebheinfo.az”

 

Açar sözlər: Uşaq bahalı hədiyyə psixoloq

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Avqust 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri