Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Pulu yoxdur, bahalı paltar alır Psixoloqdan XƏBƏRDARLIQ

Pulu yoxdur, bahalı paltar alır Psixoloqdan XƏBƏRDARLIQ

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Sosial şəbəkələrin inkişafı ilə insanlarda ənənəvi olmayan davranış formaları yaranıb. Belə ki, maddi vəziyyətindən asılı olmayaraq bir çox insanlar ehtiyacı olmasa belə trend olan şeyləri almağa can atırlar.

Araşdırmalar göstərir ki, qadınların qarderoblarında orta hesabla 95-103 ədəd geyim olsa da, bunlardan yalnız 10-12-si gündəlik geyinilir.

Bundan əlavə, daha çox qarşılarına çıxan və gəlir səviyyələrinə uyğun olmayan brend məhsullar - məsələn, ən son çıxan bahalı mobil telefon və s. almaq vərdişi yaranıb.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan klinik psixoloq Rövşən Nəcəfov insanların tələbatına yox, trendə uyğun davranmasının səbəblərindən danışıb. O bunu tətikləyən faktorlardan söz açıb:

“İnsanların tələbatına yox, trendə uyğun davranması azad seçim deyil, psixoloji asılılıq formasıdır. İnsan düşündüyünü zənn edir, amma əslində gördüyünü təkrar edir. Mühit, vizual informasiya və sosial təsdiq mexanizmləri fərdi düşüncəni sıxışdırır. Trendə uyğunlaşmaq burada düşünməməyin, məsuliyyətdən qaçmağın və daxili boşluğu ört-basdır etməyin ən rahat yoludur. İnsan öz dəyərini yaşadıqları ilə yox, başqalarının nümayiş etdirdikləri ilə ölçür. Sosial mediada sərgilənən dırnaqarası xoşbəxtlik, rifah və uğur obrazları real həyat deyil, satış psixologiyasının və manipulyativ strategiyaların məhsuludur. Amma beyin bunu reallıq kimi qəbul edir və öz həyatını qeyri-kafi hesab etməyə başlayır.
Arzulanan həyatla real imkanlar üst-üstə düşməyəndə psixoloji gərginlik yaranır.  Bu gərginlik tədricən narahatlıq, təşviş, özünü dəyərsiz hiss etmə və depressiv hallara çevrilir. Bahalı həyat hər kəsin arzusu kimi təqdim olunur, lakin bu arzu çox vaxt insanın real ehtiyacları ilə deyil, başqasının vitrini ilə formalaşır. Kütlə həmişə trendə meyl edir, çünki bu komfortdur. Kütlənin içində olmaq düşünməmək imkanı verir, fərqli olma riskini aradan qaldırır. Trendə uyğunlaşan insan əslində seçim etmir, sadəcə daxili boşluğunu sosial təsdiqlə müvəqqəti sakitləşdirir. Bu isə uzunmüddətli psixoloji sağlamlıq deyil, kollektiv illüziyada qalmaqdır”.

Psixoloqun sözlərinə görə, maddi ehtiyaca uyğun davranmamaq və brend əşyalardan istifadəyə can atmaq normal davranış deyil, psixoloji kompensasiya formasıdır:

“Bu, var olmaq yox, başqalarının gözündə varmış kimi görünmək cəhdidir. İnsan burada öz həyatını yox, başqalarının baxışını yaşayır. Xaricdən varlı görünmək daxildən güclü olmaq demək deyil. Əksinə, bu çox vaxt daxili boşluğun və özünə inamsızlığın üstünü örtmək cəhdidir. İnsan hər kəsi aldada bilər, amma özünü aldada bilməz və aldatmamalıdır. Brend əşyalara yönəlmək şəxsi dəyərin daxildən yox, obyektlər üzərindən qurulmasıdır. İnsan deyir ki, mən varam, amma bunu düşüncəsi ilə yox, üzərində daşıdığı brend ilə sübut etməyə çalışır. Bu halda daxili kimlik susur, xarici görüntü danışır.
Əgər insanın real maddi qazancı və imkanları onun gözləntilərini qarşılamırsa, boşluq yaranır. Bu boşluğu isə mühit və informasiya doldurur. Reklam, sosial şəbəkə və müqayisə mədəniyyəti insanın seçimlərini idarə etməyə başlayır. Artıq ehtiyaclar yox, görüntülər qərar verir. İnsanlar ehtiyaclarına görə yox, gördüklərinə görə yaşayırlar. Bu isə sağlam davranış deyil, davamlı psixoloji gərginlik yaradan bir vəziyyətdir. Brendə sığınmaq rahatdır, çünki düşünmək və özünü tanımaq tələb etmir. Amma bu rahatlıq inkişaf yox, sadəcə özündən qaçmaqdır.

R.Nəcəfov sosial şəbəkələr və marketinqin insan həyatına kənardan təsir edən vasitələr deyil, birbaşa həyatın özünə çevrildiyini bildirib:

“Bundan qaçış yoxdur. İş, sosial münasibətlər və şəxsi həyat eyni platformalarda cəmlənib. İnsan tədricən rəqəmsallaşıb və bununla paralel olaraq rəqəmsal kimlik formalaşıb. Artıq insan özünü yaşadıqları ilə yox, ekranda necə göründüyü ilə dəyərləndirir. Sosial şəbəkələrdə məşhurlaşan şəxslərin təqdim etdikləri həyat, məhsul və davranışlar olmalıdır kimi qəbul edilir. Təhlükəli bir düşüncə xətası yaranıb ki, çox bəyənmə və baxış varsa, deməli bu doğrudur, keyfiyyətlidir və dəyərlidir. Halbuki həmin şəxslərin təbliğ etdikləri məhsulların çoxunu gündəlik həyatda özləri belə istifadə etmir. Amma kütlə bunu sorğulamır. İnsanlar məşhurların istifadə etdikləri markalara yönələndə özlərini vacib və dəyərli hiss edirlər. Bu, real dəyər yox, müvəqqəti psixoloji rahatlıqdır. Beyin tez-tez qarşısına çıxanı daha doğru və daha yaxşı kimi qəbul etməyə meyllidir. Nə qədər çox təkrarlanırsa, bir o qədər normallaşır.
Marketinq sahəsindəkilər insanların həyatındakı boşluqları, çatışmazlıqları və kompleksləri haradan və necə doldurmaq lazım olduğunu bilirlər. Hansı mövzu daha çox müzakirə və bəyənmə toplayırsa, satış mexanizmləri dərhal onun üzərində qurulur. Nəticədə seçim edən insan yox, yönləndirilən insan ortaya çıxır. Müasir insan istehlak edən subyekt deyil, istehlak edilən obyektə çevrilib. O, ehtiyaclarına görə yox, alqoritmlərin göstərdiklərinə görə yaşayır. Sosial şəbəkələr və marketinq bu prosesi sürətləndirir və normallaşdırır. Müasir insan isə çox vaxt bunun fərqində olmadan satış sisteminin sakit və itaətkar qurbanına çevrilir”.

İstehlak daha çox qadınlar üzərindən qurulduğunu deyən mütəxəssis bunu qadınların zəif olması ilə yox, onlara yönəlmiş sistemli psixoloji təsirlə əlaqələndirib:

“Qadınlar baxıma və görünüşə daha çox diqqət yetirirlər və cəmiyyət də qadını ilk növbədə bu meyarlarla dəyərləndirir. Kişilər qadınları əsasən xarici görünüş üzərindən tanıyır və qiymətləndirir. Nəticədə qadın daim baxımlı, seçilən və fərqli olmalı olduğu təzyiqi altında qalır. Bu təzyiq isə birbaşa alış davranışına çevrilir. Satış və reklam strategiyalarında qadınlar əsas hədəf qrupudur. Çünki qadının diqqətini çəkən hər bir detal dolayısı ilə kişinin də diqqətini cəlb edir. Qadınlar üçün seçimlərin həddindən artıq çox olması da vəziyyəti ağırlaşdırır. Geyimdə, kosmetikada və xarici görünüşlə bağlı sahələrdə daimi müqayisə mexanizmi işləyir. Qadın özünü digər qadınlarla müqayisə etdikcə, almaq ehtiyacı daxili boşluğun doldurulmasına çevrilir.

Qadınların iştirak etdiyi reklamlar daha çox baxış toplayır və daha çox satış yaradır. Bu təsadüfi deyil, bu psixoloji reallıqdır. Oniomaniya və ya şopaqolik kimi psixi narahatlıqların qadınlar arasında daha çox yayılması da bu sistemli təzyiqin nəticəsidir. Qadın üçün məhsul artıq istifadə predmeti yox, status göstəricisidir. Geyim, çanta, kosmetika və həyat tərzi elementləri qadının cəmiyyətdə harada durduğunu göstərən simvollara çevrilir. Marketinq məhz bu nöqtədən vurur. Daim kiminsə daha yaxşı, daha baxımlı, daha prestijli yaşadığı görüntüsü yaradılır və qadın bu müqayisənin içində saxlanılır. Müqayisə isə heç vaxt bitmir. Kişilər də bu sistemin içindədir, amma onların alış davranışı daha çox funksional və situativ qalır. Kişi nəyisə almağı problemi həll etmək üçün seçir. Qadın isə çox vaxt almaqla mövqeyini təsdiqləməyə məcbur edilir. Bu məcburiyyət birbaşa deyil, sosial normalar və gözləntilər vasitəsilə ötürülür. Davamlı almaq istəyi qadında şəxsi ehtiyacdan yox, sosial status qorxusundan qaynaqlanır. Geri qalmaq, görünməmək, dəyərsizləşmək qorxusu bu davranışı qidalandırır. Bu isə psixoloji asılılıqdır”.

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Dekabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri