Icma.az
close
up
RU
Uşaqları zorakılıqdan necə qoruyaq? Psixoloqdan AÇIQLAMA

Uşaqları zorakılıqdan necə qoruyaq? Psixoloqdan AÇIQLAMA

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Son zamanlar uşaqlara qarşı zorakılıq halları xeyli artıb. Ən narahatedici məqamlardan biri isə bu halların bəzən yaşlı nəslin azyaşlılara qarşı törətməsidir. Bu isə həm ailələr, həm də cəmiyyət üçün böyük narahatlıq doğurur.

Belə halların qarşısının alınması üçün valideynlər uşaqları necə maarifləndirə bilər?  Uşaqları nənə, babalara və ya başqa şəxslərə əmanət etmək nə dərəcədə doğrudur?

Sfera.az-a bu barədə açıqlama verən psixoloq Nizami Orucov uşaqlara qarşı zorakılığın artmasının, xüsusilə də bu halların ailəyə yaxın şəxslərin – nənə, baba və digər qohumlar tərəfindən baş verdikdə daha ciddi narahatlıq doğurduğunu bildirib. 

Onun sözlərinə görə, belə halların qarşısını almaq üçün valideynlər ilk növbədə uşaqlara şəxsi sərhədləri başa salmalı, onların “bədənim mənə aiddir” prinsipi ilə böyüməsinə şərait yaratmalıdır: 


“Uşaqlara “yaxşı və pis toxunuş”, “xeyirli və təhlükəli sirr” kimi anlayışlar sadə dillə izah edilməli, narahat olduqları hər şeyi rahatlıqla söyləyə biləcəkləri bir münasibət qurulmalıdır. Bu, uşağın həm özünü qorumasına, həm də çəkinmədən kömək istəməsinə imkan verir”.

Psixoloq əlavə edib ki, nənə, baba və digər şəxslərə uşaq əmanət edilərkən, bu münasibətə kor-koranə etibar edilməməli, müşahidə və diqqət hər zaman aktiv saxlanmalıdır: 


“Təhlükə bəzən uzaqdan deyil, çox yaxınlardan gələ bilər. Ona görə də valideyn məsuliyyəti heç kimə tam ötürülməməlidir”.

Fidan Hacızadə
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 Avqust 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri