Icma.az
close
up
RU
Bahar Muradova: 1 milyarddan çox gənc iqlimlə bağlı fəlakətlərə həssas olan ərazilərdə yaşayır

Bahar Muradova: 1 milyarddan çox gənc iqlimlə bağlı fəlakətlərə həssas olan ərazilərdə yaşayır

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

İnsan hüquqları ilə ətraf mühit arasındakı sıx əlaqənin qlobal miqyasda tanınması bu problemin yalnız ekoloji deyil, həm də sosial, iqtisadi və təhlükəsizlik məsələsi olduğunu diqqətə çatdırır.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova COP29 çərçivəsində keçirilən “İqlim Dayanıqlılığı və Sülh Quruculuğunda Gənclərin Liderliyi” adlı tədbirdə deyib.

O qeyd edib ki, hər gün dünyanın müxtəlif yerlərində milyonlarla insan o cümlədən uşaq və gənclər iqlim dəyişikliyini və onun konfliktlərlə bağlı təsirlərini öz həyatlarında hiss edir.

"Ən fəal vətəndaşlar kimi gənclər sülh quruculuğuna öz həll yollarını təklif edərək töhfə verirlər. Onlar iqlim dayanıqlılığı və ətraf mühit təşəbbüslərində iştirak edərək, davamlı inkişaf prinsiplərini təşviq edirlər. Odur ki, iqlim dəyişikliyinə qarşı mübarizədə gənclərin iştirakını genişləndirmək, onların hüquqlarını qorumaq və xüsusi ehtiyaclarını mövcud siyasət və proqramlarda nəzərə almaq vacibdir".

B. Muradovanın sözlərinə görə, qlobal miqyasda son məlumatlar göstərir ki, 1 milyarddan çox gənc iqlimlə bağlı fəlakətlərə həssas olan ərazilərdə yaşayır:

"Gənclər arasında təhsilin və maarifləndirmənin təşviq edilməsi onların yalnız uyğunlaşmasını deyil, həm də proseslərdə fəal iştirakını vurğulayır.
Xüsusilə qeyd etmək istərdim ki, ekoloji problemlərlə yanaşı, iqlim dəyişikliyi və resurs çatışmazlığı insanlar arasında gərginlik yaradır və nəticədə münaqişələri dərinləşdirir.

BMT-nin Sülh Quruculuğuna Dəstək Ofisi qeyd edir ki, konfliktlərlə təsirlənən bir çox ölkədə gənclər əhalinin yarısından çoxunu təşkil edir. Bu baxımdan, onların sülh quruculuq səylərinə cəlb edilməsi zorakılığın qarşısını almağa və davamlı inkişafı təşviq etməyə kömək edə bilər".

Eyni zamanda, komitə sədri gənclərin iqlim dəyişikliyi və sülhlə bağlı məlumatlılığı artırmaq və bu sahələrdə müzakirələri stimullaşdırmaq üçün sosial mediadan fəal istifadə etməli olduğunu vurğulayıb. O bildirib ki, rəqəmsal platformalar gənclərə daha geniş auditoriyaya çatmaq və öz ideyalarını bölüşmək imkanı yaradır:

"Gənclərin liderliyi fərdi təşəbbüslərlə məhdudlaşmamalıdır. Onların səsinə qulaq asmaq, ideyalarını qəbul etmək və qərarların qəbul edilməsi proseslərinə cəlb etmək daha davamlı və ədalətli gələcək hazırlamaq deməkdir.

Ətraf mühitin vəziyyəti ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas tərkib hissəsidir. Azərbaycanda ekoloji məsələlərin həlli üçün geniş miqyaslı tədbirlər həyata keçirilir. Resurslardan səmərəli istifadə üçün bir sıra mühüm dövlət proqramları, sosial-iqtisadi inkişaf strategiyaları və geniş fəaliyyət planları reallaşdırılır".

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://report.az
archiveBu xəbər 18 Noyabr 2024 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see259

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see244

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see241

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see216

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see209

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see205

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see200

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see191

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see187

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see157

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see143

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see133

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see130

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri