“Baharın rəngləri”ndə uşaqlar çıxış ediblər
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 19 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin S.Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə “Baharın rəngləri” adlı konsert keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə agentliyin İxtisaslaşmış Sosial Xidmət Mərkəzlərində sosial reabilitasiya proqramına cəlb olunan uşaqlar, onların valideynləri, eləcə də yerli sakinlər iştirak ediblər.
Konsertdə “Parla” inklüziv-mədəni kollektivinin çıxışları təqdim olunub. Həmçinin S.Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri səhnəyə çıxıblar.
Onlar müxtəlif rəqslər və mahnılar ifa ediblər. Eyni zamanda, musiqi alətlərində çıxışlar və xor nömrələri nümayiş olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 19 Mart 2026 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















