Icma.az
close
up
RU
Baharın rəngli nəfəsi

Baharın rəngli nəfəsi

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan təsviri sənətində Novruz kontekstinin formalaşması və inkişafı

Bakı, 20 mart, AZƏRTAC

Novruz bayramı Azərbaycan xalqının ən qədim və mənəvi baxımdan ən dəyərli ənənələrindən biri kimi tarix boyu xüsusi əhəmiyyət kəsb edib. Lakin sovet ideologiyasının hökm sürdüyü dövrdə bu bayram dini xarakter daşıdığı iddiası ilə qadağan olunmuş və ictimai müstəvidən sıxışdırılmışdı. Belə bir şəraitdə rəssamların Novruzu təsviri sənətdə ifadə etməsi yalnız estetik məsələ deyil, eyni zamanda ideoloji məhdudiyyətlərə qarşı dolayısı müqavimət forması kimi dəyərləndirilir.

Bu fikirlər Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas Kəmalə Mustafayevanın AZƏRTAC-a təqdim etdiyi yazıda yer alıb. Yazını təqdim edirik.

Bu kontekstdə Novruz mövzusuna ilk müraciət edən fırça ustası Əzim Əzimzadə olub. O, hələ 1930-cu illərdə mövcud qadağalara rəğmən “Kos-kosa” (1930), “Kəndirbaz” (1935, 1938) və “Od çərşənbəsi” (1937) kimi əsərlərində bayramın mərasim elementlərini və xalq ənənələrini bədii dillə ifadə edib. Bu əsərlər sonralar formalaşacaq Novruz ikonografiyasının ilkin nümunələri olmaqla yanaşı, həm də dövrün sosial-mədəni reallıqlarını əks etdirən mühüm sənət faktları kimi çıxış edir.

Əzim Əzimzadənin yaradıcılığından xeyli sonra Novruz mövzusunu yenidən təsviri sənətin predmetinə çevirən sənətkar Səttar Bəhlulzadə olub. Onun 1960-cı illərin əvvəllərində yaratdığı “Xonça” əsəri bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında saxlanılan bu rəngkarlıq nümunəsi dövrün rəsmi dairələrinin diqqətini cəlb etsə də, ideoloji səbəblərdən uzun müddət ekspozisiyaya daxil edilməmişdir.

Maraqlıdır ki, bu məhdudiyyətlər Səttar Bəhlulzadənin yaradıcılıq istiqamətinə mənfi təsir göstərməmiş, əksinə, onun Novruz mövzusuna daha geniş miqyasda yanaşmasına stimul vermişdir. Nəticə etibarilə, 1969-cu ildə rəssam “Xalqımın baharı” adlı iriölçülü kompozisiyasını ərsəyə gətirmişdir. Bu əsərdə yazın gəlişi Novruz atributları vasitəsilə ümumiləşdirilmiş bədii obraz kimi təqdim olunur.

Rəssamın bu istiqamətdə ən parlaq nailiyyətlərindən biri isə “Azərbaycan nağılı” tablosudur. Bu əsər kompozisiya mürəkkəbliyi və janrlararası sintezi ilə seçilir. Burada süjetli təsvir, mənzərə və natürmort elementləri vahid bədii sistem daxilində üzvi şəkildə birləşdirilmişdir. Əsərdə Novruzun atributları – xonçalar, çiçəklənən təbiət motivləri, qaranquşlar və bayram ovqatlı insan fiqurları milli-mənəvi dəyərlərimizin zənginliyini vizual şəkildə ifadə edir.

Səttar Bəhlulzadə sonrakı mərhələlərdə də bu mövzuya sadiqliyini qoruyub, “Bahar nəğməsi”, “Yaşıl xalı”, “Xonçalar”, “Gəlin guşəsi”, “Bahar gələndə”, “Oyanış”, “Lalələr”, “Nərgizlər”, “Heyva çiçəkləyəndə” kimi əsərlərində bahar və Novruz motivlərinin bədii potensialını ardıcıl şəkildə inkişaf etdirib.

Xalq rəssamı Altay Hacıyev yaradıcılığında Novruz mövzusu mühüm yer tutur və sənətkarın müxtəlif illərdə ərsəyə gətirdiyi qrafik lövhələr və linoqravürlər bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir. Onun “Bahar qızı”, “Aşıqlar”, “Ceyranlar”, “Novruz oyunları” və “Novruz duyğuları” kimi əsərlərində bayramın estetik ruhu və emosional çalarları yüksək bədii ifadə vasitələri ilə təqdim olunub.

Milli folklor motivlərinin geniş şəkildə əks olunduğu Rasim Babayev yaradıcılığında da Novruz mövzusu özünəməxsus interpretasiyada təqdim edilir. Rəssamın “Bayramda”, “Novruz” və “Bayram yükü” adlı əsərlərində baharın oyanışı, təbiətin yenilənməsi və bayramın gəlişi obrazlı şəkildə canlandırıb.

Ümumilikdə müasir Azərbaycan təsviri sənətində Novruz mövzusuna müraciət edən sənətkarların sırası kifayət qədər genişdir. Bu kontekstdə Tofiq Ağababayev “Bayramınız mübarək”, Xalidə Səfərova “Novruzda”, “Çovqan” və “Çovqan oyunu”, Fərhad Xəlilov “Bayramda”, Asəf Cəfərov “Mənim Azərbaycanım” və “Aşıqlar”, Toğrul Nərimanbəyov “Bayram”, Ələkbər Rzaquliyev “Gəlinə bayram hədiyyəsi aparırlar”, Cəmil Müfidzadə “Bayram yaxınlaşanda”, Elmira Şahtaxtinskaya “Bayram hazırlığı”, Elbəy Rzaquliyev “Novruz bayramı”, Həsən Haqverdiyev “Bahar” və Sadıq Şərifzadə “Bahar bayramı. Novruz” kimi əsərlərlə Novruzun bədii-estetik xüsusiyyətlərini müxtəlif aspektlərdən əks etdiriblər.

Bununla yanaşı, Arif Hüseynov yaradıcılığında bayram əsasən illüstrativ və qrafik silsilələrdə əks olunur. Rəssamın Novruzla bağlı əsərləri silsilə xarakterli kompozisiyalar və kitab illüstrasiyaları şəklində tanınır. Mayis Ağabəyov “Nağıllı Novruz”, Eyyub Məmmədov “Yaz bazarı”, Namiq Məmmədov “Bahar nəğməsi”, Rafael Muradov “Novruz ovqatı”, Arif Ələsgərov “Kəndirbazlar”, Orxan Hüseynov “Xoruz döyüşdürənlər”, Ələkbər Muradov “Səməni”, Qafar Sarıvəlli “Öncə vətəndir” və “Gözləmə”, Vaqif Ucatay “Bayram süfrəsi”, Həşim Elçiyev “Novruz”, İlham Ənvəroğlu “Şanapipik xoş xəbər daşıyıcısıdır”, Arif Mərdan “Bayram sevincləri” və Günay Mehdizadə “Bahar qızı” kimi əsərlərində də yazın gəlişi və bayramın yaratdığı estetik-emosional mühit dolğun şəkildə ifadə edilib.

Dekorativ-tətbiqi sənət sahəsində fəaliyyət göstərən ustalar da Novruz mövzusunun bədii ifadəsinə mühüm töhfələr veriblər. Bu baxımdan xalça sənətinin görkəmli nümayəndəsi Eldar Mikayılzadə, keçə ustası Rauf Əbdülhüseynoğlu, keramika ustası Nailə Sultan və rəssam Sənubər Səmədova öz yaradıcılıqlarında xalq bayramının rəmzlərini və estetik xüsusiyyətlərini dekorativ üslubda yüksək bədii səviyyədə təqdim ediblər.

Tarixi Zəfərimizdən sonra Novruz bayramı və onun zəngin ənənələri artıq altı ildir ki, Qarabağda da böyük fəxr və coşqu ilə qeyd olunur. Bu mühüm tarixi fakt hər birimizi yaşamağa, yaratmağa və milli dəyərlərimizi qoruyub inkişaf etdirməyə ruhlandırır.

Novruz bayramımız mübarək!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:509
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Mart 2026 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri