Bakalavriat səviyyəsinə 7 yeni ixtisas əlavə edilib
Operativmedia portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Operativ Media" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Nazirlər Kabinetinin ali təhsil pilləsi üzrə yeni qərarlarını şərh edərkən deyib.
O bildirib ki, “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub".
"Eyni zamanda 9 ixtisasın adında dəyişiklik edilib", - deyə o, bildirib.

Bakalavriat səviyyəsinə 7 yeni ixtisas əlavə edilib
03 Dekabr 2024 17:13

