Bakı aeroportunda ƏMƏLİYYAT: külli miqdarda gizli gətirilən qızıl tapıldı
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
Bu barədə Lent.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.
Qeyd edilib ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı həmin şəxsin gödəkcəsində və əl çantasında gömrük nəzarətindən gizlədilən 37 ədəd “Pamp” markalı, ümumi təqribi çəkisi 365 qram qızıl külçə aşkar edilib.


Bakı aeroportunda ƏMƏLİYYAT: Dubaydan gələn sərnişində nələr tapıldı?
25 İyul 2025 16:10
Bakı aeroportunda ƏMƏLİYYAT: 2 nəfər tutuldu
30 Dekabr 2024 13:08
Bakı aeroportunda ƏMƏLİYYAT: brilyant qaçaqmalçıları TUTULDU
18 İyul 2025 11:53
Bakı aeroportunda ƏMƏLİYYAT: tanınmış aktyor narkotiklə TUTULDU
30 Dekabr 2024 13:26

