Icma.az
close
up
RU
Qərb Sənaye Parkının yaradılması regiona rifahın gəlməsi deməkdir Deputat

Qərb Sənaye Parkının yaradılması regiona rifahın gəlməsi deməkdir Deputat

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev “Qərb Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Gəncə şəhərinin və Şəmkir rayonunun ərazisində Qərb Sənaye Parkı yaradılacaq.

Qərb Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazi olacaq. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda sənaye parklarının yaradılması iqtisadiyyatımızın mühüm bir hissəsinə çevrilib:

"Bu proses xeyli müddətdir ki, davam edir. Sənaye parkları iqtisadi rayonlarda həmin iqtisadi rayonun istehsalat potensialı, yerli resursları və əmək qüvvələrinin ixtisaslaşma dərəcələri nəzərə alınmaqla yaradılır. Beləliklə, iqtisadi potensialın real iqtisadi münasibətlərə çevrilməsi üçün optimal vəziyyət formalaşır. Təcrübə göstərir ki, sənaye parklarında təşkil olunan istehsal sahələri həm Azərbaycanın daxili iqtisadi tələbatının ödənilməsi baxımından istehsal növləri üzrə ixtisaslaşır, həm də mühüm ixracat potensialı daşıyır.

Biz bilirik ki, qərb iqtisadi zonasında yerli regional istehlak üçün istehsal olunmalı malların zərurəti var. Mən düşünürəm ki, bu iqtisadi parkların, sənaye parklarının yaradılması iqtisadi rayonlarımıza hər şeydən öncə sərmayənin cəlb edilməsidir. İkincisi, istehsalın təşkilidir. Üçüncüsü, iş yerlərinin açılması, regiona rifahın gəlməsi deməkdir".

Deputat vurğuladı ki, bir sənaye parkının yaradılması bir çox məqsədlərə xidmət edir:

"Şübhəsiz ki, birinci məqsəd iqtisadi inkişafın təmin olunması, rifahın yaradılmasıdır. Digər komponentlərə nəzər saldıqda görürük ki, bunların hər biri özü-özlüyündə ayrıca bir əhəmiyyət daşıyır — həm demoqrafik baxımdan, urbanizasiya prosesinin qarşısının alınması baxımından, həm də sosial inkişaf və rifah baxımından. Ona görə də Qərb Sənaye Parkının yaradılması, əlbəttə ki, sosial-iqtisadi baxımdan mühüm bir hadisədir".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Yanvar 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see243

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see199

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see193

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see181

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see151

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see148

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see143

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see137

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see136

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see130

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri