Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində müxtəlif brendlərə aid malların gömrük nəzarətindən gizli şəkildə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Bakı-Tbilisi reysi ilə tranzit qaydada gömrük nəzarəti zonasını tərk edərkən saxlanılıb və onunla qanunvericiliyə uyğun olaraq sorğu-sual aparılıb.
Həmin şəxs havalimanının sanitar qovşağında içərisində qızıl-zinət əşyaları və saatlar olan bir ədəd bağlama gizlətdiyini bildirib. Yoxlama zamanı həmin bağlamadan tanınmış brendlərə aid, ümumilikdə dəyərləri 59 min 500 manatdan çox olan 2 ədəd qol saatı, 3 ədəd biləzik, 1 cüt sırğa, aksesuarlar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 21 Noyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















