Braziliyada güclü fırtına nəticəsində azı 3 nəfər ölüb
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Braziliyanın cənubundakı Riu-Qrandi-du-Sul ştatının Tupansiretan şəhərində baş verən güclü fırtına nəticəsində azı üç nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "G1" portalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Şəhər meri Qustavu Terranın sözlərinə görə, təbii fəlakət nəticəsində yaşayış məntəqəsindəki 8,6 min binadan təxminən 8 mini dağılıb və ya zərər görüb. Şəhərdə 20 mindən çox insan yaşayır.
Fırtına ticarət və sənaye müəssisələrinə, kənd təsərrüfatı sahələrinə və taxıl anbarlarına da ciddi ziyan vurub. Şəhərdə elektrik və su təchizatı tamamilə dayanıb, rabitədə də fasilələr yaranıb.
Regional Mülki Müdafiə Xidmətinin məlumatına görə, xəsarət alanların dəqiq sayı hələ müəyyənləşdirilir. Şəhərdəki yeganə xəstəxananın damı və diaqnostika avadanlıqları yararsız hala düşdüyündən zərərçəkənlər qonşu yaşayış məntəqələrinə təxliyə olunur.
Braziliya Milli Meteorologiya İnstitutunun məlumatına görə, fırtına zamanı küləyin sürəti saatda 114 kilometrə çatıb.
Şəhərin küçələri dolu, aşmış ağaclar, elektrik dirəkləri və dağılan binaların qalıqları ilə örtülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 21 Noyabr 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















