Icma.az
close
up
RU
Bakı aqrar sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir

Bakı aqrar sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünən Bakıda Xəzər regionunun ən böyük 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və “Interfud Azərbaycan” sərgiləri öz işinə başlayıb.

Açılış mərasimində kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və digər rəsmi şəxslər iştirak ediblər.

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov çıxış edərək bildirib ki, son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilib, dövlət dəstək mexanizmləri gücləndirilib, fermerlərin texnologiya və maliyyə resurslarına çıxışı asanlaşdırılıb.

“Caspian Agro” və bu il yubileyini qeyd edən “InterFood Azerbaijan” sərgilərinin artıq illərdir ki, kənd təsərrüfatı və qida sənayesində yerli və xarici şirkətlərin innovativ həllərini, yeni texnologiyalarını təqdim etdiyi mühüm platformalardan biri kimi çıxış etdiyini diqqətə çatdıran nazir müavininin sözlərinə görə, bu tədbirlər fermerlər, sahibkarlar, investorlar və mütəxəssislər üçün kənd təsərrüfatı və qida sənayesinin aktual məsələləri barədə fikir mübadiləsi aparmaq, biznes əlaqələri qurmaq və müasir innovasiyalarla tanış olmaq imkanı yaradır.

Qeyd olunub ki, bu il sərgilərdə süni intellektin tətbiqinə əsaslanan yeni həllər, ağıllı idarəetmə sisteminə əsaslanan avtomatlaşdırılmış texnologiyalar, enerji və resursqoruyucu texnologiyalar, alternativ enerji mənbələrindən istifadə edən avadanlıqlar, iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı məhsulları və dayanıqlı təsərrüfatçılıq həlləri xüsusi vurğulanır.

Azərbaycanda iqlim dəyişikliklərinin təsirlərini azaltmaq, torpaq və su ehtiyatlarından səmərəli istifadəni genişləndirmək və kənd təsərrüfatını daha ekoloji və səmərəli hala gətirmək üçün innovativ yanaşmaların tətbiq edildiyini vurğulayan nazir müavini deyib ki, daha çox rəqəmsal həllərin tətbiqi, elektron kənd təsərrüfatı platformalarının genişləndirilməsi, aqrar sahədə çalışan sahibkarlar üçün maliyyə və sığorta alətlərinin əlçatanlığının artırılması da bu sahədə əsas hədəflərdəndir. “Ölkəmizdə yeni bitki sortlarının və heyvandarlıqda məhsuldar cinslərin tətbiqi, müasir texnologiyalar əsasında təsərrüfat modellərinin formalaşdırılması və istehsal proseslərinin avtomatlaşdırılması aqrar sektorun inkişafına müsbət təsir göstərəcəyinə inanırıq”, – deyə o əlavə edib.

Forum çərçivəsində fermerlər və aqrobiznes nümayəndələri üçün yeni imkanların açılacağını, bilik və təcrübə mübadiləsi aparmaq imkanı yaradılacağını diqqətə çatdıran E.Zeynalov sərgilərin kənd təsərrüfatı sahəsində çalışan hər kəs üçün faydalı olacağına, onların təcrübələrini artıracağına və biznes imkanlarını genişləndirəcəyinə əminliyini bildirib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışında bildirib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yüzlərlə müasir aqroparklar, emal müəssisələri, yeni istehsal sahələri yaradılıb. Daxili tələbatın ödənilməsində yerli məhsulların payının artdığını diqqətə çatdıran konfederasiya rəhbərinin sözlərinə görə, təkcə 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan sahibkarları xaricə 153,3 milyon dollar dəyərində meyvə-tərəvəz ixrac ediblər. Qeyd olunub ki, tərəvəz və meyvələrin emal məhsulları üzrə xarici ölkələrə 8,7 milyon dollar dəyərində satışı qeydə alınıb, 14 milyon manata yaxın alkoqollu və alkoqolsuz içkilər, statistik dəyəri 40 milyon manat olan pambıq lifi ixrac edilib.

Azərbaycanda aqrar sahənin inkişafının həm əhalinin məşğulluğu, həm də ölkəmizin ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayan M.Musayev “Caspian Agro” və “Interfud Azərbaycan” sərgilərinin bu il də qida sənayesi mütəxəssisləri, ixrac imkanları üçün yeniliklərlə zəngin, faydalı bir platforma olacağına əminliyini ifadə edib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev çıxış edərək deyib ki, rəhbərlik etdiyi qurumun dəstəyi ilə Azərbaycan şirkətləri müntəzəm olaraq qlobal və yerli sərgilərdə uğurla iştirak edir, yerli məhsullarımız vahid ölkə stendlərində “Made in Azerbaijan” brendi altında təqdim edilir, ixrac müqavilələri imzalanır, məhsullarımız yeni bazarlara çıxarılır. Onun sözlərinə görə, AZPROMO tərəfindən 2025-ci ildə “WorldFood Moscow 2025”, Köln şəhərində “Anuga” və Şanxay şəhərində 8-ci Çin Beynəlxalq İdxal sərgilərində vahid ölkə stendi ilə sahibkarların iştirakının təmin olunması planlaşdırılır.

Xatırladaq ki, mayın 16-dək davam edəcək beynəlxalq sərgi çərçivəsində 2-ci Beynəlxalq Aqrar İnnovasiyalar Forumu və aqrar sahənin ən müxtəlif sahələrinə dair panel müzakirələrin keçirilməsi nəzərdə tutulur.

4 gün davam edəcək sərginin ilk günündən etibarən maraq kifayət qədər çoxdur. Belə ki, dünən səhər saatlarından etibarən yerli və xarici sahibkarlar, fermerlər, müxtəlif şirkət nümayəndələri sərgiyə qatılaraq burada nümayiş etdirilən məhsullarla yaxından tanış olmaq imkanı qazanırlar. Sərgi həmçinin, əməkdaşlıq üçün də şirkətlərə açıq qapı rolunu oynayır. Burada yerli və xarici brendlər öz məhsullarını daha geniş və fərqli bazarlara çıxarmaq imkanı əldə edirlər.

Qeyd edək ki, Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edən builki “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir. Sərgilərə Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri-Lanka, Türkiyə, Türkmənistan və Yunanıstandan şirkətlər qatılıb. Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Misir Milli Qrupları sərgidə kənd təsərrüfatı və qida sənayesi məhsullarını nümayiş etdirirlər.

Bu il ilk dəfə olaraq dörd gün davam edəcək “Caspian Agro” sərgisində kənd təsərrüfatında tətbiq olunan müasir innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri nümayiş olunur. İştirakçılar Elektron Kənd Təsərrüfatı, robototexnika, pilotsuz uçuş aparatları, IT xidmətləri, süni intellekt, ağıllı kənd, startaplar, alternativ enerji mənbələri, “Green agro” kimi smart bölmələrdə maraqlı məlumatlar əldə edə bilərlər.

Builki sərgidə ilk dəfə olaraq balıqçılıq və akvakultura sahəsi də təmsil olunur. “Caspian Agro” sərgisi balıqçılıq və akvakultura sahəsinin də inkişafına dəstək verəcək innovativ həllərin və qabaqcıl texnologiyaların nümayişi üçün mühüm platformadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 May 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri