Bakıda Özbəkistan Azərbaycan: Ortaq tarixi irs, İslam sivilizasiyası barədə konfrans keçirilir
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Bakıda “Özbəkistan və Azərbaycan: Ortaq tarixi irs, İslam sivilizasiyası və müasir elmi əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
525.az xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, səfirlər, ekspertlər, din xadimləri, ziyalılar, mədəniyyət nümayəndələri iştirak edirlər.
Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra iki ölkənin münasibətlərindən bəhs edən videomaterial təqdim edilib.
Ardınca Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov çıxış edib.
Diplomat Özbəkistanla Azərbaycan arasında çox yaxın, strateji müttəfiqlik münasibətlərinin olduğunu qeyd edib.
Tədbirdə, həmçinin İslam Sivilizasiyası Mərkəzinin təqdimat mərasimi olub, Bakıda Özbəkistanın İslam Sivilizasiyası Mərkəzinin fəaliyyəti, elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları təqdim edilib.
Səfir bildirib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə yaradılmış İslam Sivilizasiyası Mərkəzi böyük əcdadlarımızın elmi və mənəvi irsinin öyrənilməsinə, İslam sivilizasiyasının dünya elminin və mədəniyyətinin inkişafına verdiyi misilsiz töhfənin nümayiş etdirilməsinə, eləcə də bu zəngin irsin gələcək nəsillərə çatdırılmasına xidmət edən mühüm elmi-maarifləndirici məkandır.
Mərkəzin təməl daşı rəmzi olaraq 2018-ci il iyunun 15-də qoyulub. Binanın tikintisi təxminən 8 il davam edib və bu işlərə 4 minə yaxın mütəxəssis cəlb olunub.
Tədbirdə Mərkəzin fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 26 Oktyabr 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















