Icma.az
close
up
RU
Bakı Budapeşt əlaqələri etibarlı tərəfdaşlığa əsaslanır

Bakı Budapeşt əlaqələri etibarlı tərəfdaşlığa əsaslanır

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur. Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi hər iki tərəf üçün prioritet hesab olunur. Prezident İlham Əliyevin də xarici siyasət kursunda Macarıstan ilk yerlərdən birini tutmuş, yaradılmış güclü siyasi dialoq və strateji əməkdaşlıq sayəsində əlaqələr yeni mərhələyə daxil olmuşdur. 2014-cü ildə imzalanmış “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, habelə 2023-cü ildə qəbul edilən “Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” münasibətləri ən yüksək zirvəyə yüksəldib.

Hökumətlərarası Birgə Komissiya iqtisadi əməkdaşlığı gücləndirən platformadır

Azərbaycan-Macarıstan Hökumətlərarası Birgə Komissiyası iqtisadi münasibətlərin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan və Macarıstan arasında 61 sənədin imzalanması, geniş hüquqi bazanın formalaşdırılması, ticarət dövriyyəsinin 2024-cü ildə 29 faiz artaraq 62 milyon dolları ötməsi, enerji və bərpa olunan enerji sahəsində mühüm layihələrin həyata keçirilməsi, habelə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Macarıstan şirkətlərinin fəal iştirakı və humanitar əlaqələrin genişlənməsi mühüm nailiyyətlər kimi qiymətləndirilə bilər.

Bu günlərdə keçirilən komissiyanın XI iclasında iqtisadi əlaqələrin dinamikliyinə bir daha nəzərə salınıb, yeni imkanlar üzrə birgə addımların atılmasının vacibliyinə toxunulub.  Komissiyanın həmsədrləri, Azərbaycanın maliyyə naziri Sahil Babayev bildirib ki, ölkələrimiz  arasında əlaqələr strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hörmət prinsipləri əsasında genişlənir. 2024-cü ildə Macarıstanın Baş naziri Viktor Orbanın Şuşada Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında və Bakıda keçirilmiş COP29-da iştirakının, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin may ayında Macarıstana etdiyi sonuncu səfər tərəflər arasında dostluğun və strateji tərəfdaşlığın aydın göstəricisidir.

Macarıstanın enerji təhlükəsizliyində Azərbaycanın rolu güclənir

Azərbaycan Pan-Avropa klubuna qoşduğu Macarıstanın enerji təhlükəsizliyində də mühüm təminatçıdır. Rəsmi Budapeşt Azərbaycanın təşəbbüskarlığı və qətiyyəti sayəsində Cənub Qaz Dəhlizində yer almış əsas tərəfdaşlardan birinə çevrilib. Azərbaycan öz qaz ixracının coğrafiyasını genişləndirməklə Macarıstanı da əlavə resurslarla təchiz etməyi düşünür. Bu isə Budapeştin Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropanın enerji bazarlarında yaranmış çətin və ağır tarif yüklərindən xilas olması, iqtisadi problemlərinin həllində mühüm rol oynayacaq.

Tərəflər həm də “yaşıl enerji” layihələrində də fəal işləyir və Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi macar şirkətləri üçün cəlbedicidir. Həmin resursların istehsalı və emalı növbəti mərhələdə işə düşəcək Xəzər-Qara dəniz-Avropa “yaşıl enerji” kəməri vasitəsilə Macarıstana da bərpaolunan enerjinin nəqlinə imkan verəcək. Yəni Azərbaycan Macarıstanı qazla yanaşı, alternativ enerji mənbələri ilə də təmin edəcək.

Macarıstan Şimal-Cənub, Şərq-Qərb dəhlizlərində yer alır

Komissiyanın digər həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycanla Macarıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və fayda üzərində qurulduğunu və bu əməkdaşlığın ən strateji sahələri əhatə etdiyini vurğulayıb.  Azərbaycanla enerji sahəsində əməkdaşlığın neft və qaz resursları olmayan Macarıstanın beynəlxalq enerji bazarında mövqeyində də dəyişikliyə gətirib çıxardığını qeyd edib. Macarıstan hazırda yalnız qaz alıcısı deyil, həm də artıq başqa ölkələrə qaz satışını həyata keçirir.

Eyni zamanda, hər iki ölkə qlobal nəqliyyat-logistika qovşaqlarında fəal əməkdaşlıq edir. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri qitələr arasında mühüm əlaqələndirmə mərkəzi olmaqla böyük bir coğrafiyada rifaha və sabitliyə xidmət edir.  Azərbaycanın bu qətiyyətli nəqliyyat strategiyası rəsmi Budapeştin milli maraqları ilə üst-üstə düşür və Macarıstan logistika, ticarət, enerji tranziti və sənaye sahələrində  əməkdaşlıq baxımından bu marşrutlardan faydalanmaq niyyətində qərarlıdır. Birgə Komissiyanın iclasında imzalanan protokol və Anlaşma Memorandumu hər iki tərəfin iqtisadi əməkdaşlıqda müasir baxışlarını əks etdirir.

Biznes-forum qarşılıqlı investisiya qoyuluşunu stimullaşdırır

Hökumətlərarası Birgə Komissiyanın XI iclası çərçivəsində dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə Azərbaycan-Macarıstan biznes forumunun keçirilməsi isə əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirmək baxımından yeni imkanlar açır. Qeyd edək ki, ötən dövrdə Bakı və Budapeştdə 20-yə yaxın biznes forum, işgüzar görüş və digər tədbirlər keçirilib ki, bu da Azərbaycan və Macarıstan şirkətləri arasında iqtisadi-investisiya təşəbbüskarlığını artırıb. Ölkələr arasında ticarət dövriyyəsi 2024-cü ildə 65 milyon dollara yaxın olsa da, tərəflər bunu qaneedici hesab etmir və yeni imkanları dəyərləndirmək niyyətindədir.

Ümumilikdə 90-dan artıq şirkət, o cümlədən Azərbaycandan 30 şirkətin iştirak etdiyi növbəti biznes-forumda ticarət, biznes və investisiya, energetika, əmək, məşğulluq və sosial müdafiə, elm və təhsil, səhiyyə, mədəniyyət, turizm, qida təhlükəsizliyi, şəhərsalma, su ehtiyatlarının idarə edilməsi və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi ilə bağlı faydalı müzakirələr aparılıb. AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Azərbaycan, o cümlədən Qarabağ bölgəsinin investisiya imkanları ilə bağlı geniş məlumat verib, Macarıstan sahibkarlarını əlverişli investisiya mühiti ilə yaxından tanış olmağa və bu potensialdan faydalanmağa dəvət edib.

Forum çərçivəsində Azərbaycanın “Hieronica Limited” şirkəti ilə Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA) arasında Anlaşma Memorandumu imzalanıb. Biznes-forumda iş adamları arasında görüşlər keçirilib, gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.

Ümumilikdə, həm Azərbaycan-Macarıstan Hökumətlərarası Birgə Komissiyası XI iclası çərçivəsində, həm də biznes-forumda əldə edilən razılaşmalar biznes ictimaiyyəti və investorlar üçün konkret layihələrdə praktiki fəaliyyəti təşviq etməklə, yeni istehsal, emal, ticarət və bazarlara çıxış baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Macarıstan şirkətlərinin Azərbaycana investisiya qoymasını stimulaşdırır.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Sentyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri