Icma.az
close
up
RU
Azərbaycan Albaniya əlaqələri qarşılıqlı etimada əsaslanır TƏHLİL

Azərbaycan Albaniya əlaqələri qarşılıqlı etimada əsaslanır TƏHLİL

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan son illərdə beynəlxalq arenada etibarlı tərəfdaş, enerji ixracatçısı və regional əməkdaşlıq təşəbbüslərinin fəal iştirakçısı kimi çıxış edir. Xüsusilə Avropa ilə münasibətlərdə enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və siyasi dialoq istiqamətində mühüm irəliləyişlər əldə olunub.

Balkan regionu və onun tərkib hissəsi olan Albaniya ilə qurulan ikitərəfli münasibətlər də xüsusi önəm daşıyır. Azərbaycan-Albaniya əlaqələri son illərdə strateji xarakter almağa başlayıb və enerji, turizm, ticarət, diplomatik və investisiya sahələrində sürətlə inkişaf edir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə daha yaxşı anlaşılır, onun milli maraqları, ərazi bütövlüyü və iqtisadi təşəbbüsləri dəstəklənir.

Albaniya ilə Azərbaycan arasında yüksək səviyyəli əlaqələrin qurulması perspektivləri barədə Metbuat.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələrin qurulmasına başlasa da, münasibətlərin bugünkü səviyyəyə çatdırılması son illərdə görülən uğurlu siyasi addımların nəticəsidir:


“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Tirana səfəri və bu səfər çərçivəsində Avropa Siyasi Birliyi çərçivəsində baş tutan görüşlər zamanı Albaniya rəhbərliyinin dövlət başçımıza göstərdiyi səmimi münasibət və qarşılıqlı dialoq, ölkəmizə olan hörmətin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Müzakirə olunan əsas mövzular sırasında viza rejiminin ləğvi, turizm və biznes əlaqələrinin qurulması, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi və digər iqtisadi əməkdaşlıq məsələləri yer alır. Eyni zamanda, Azərbaycan iş adamlarının Albaniyadakı investisiyaları və albaniyalı şirkətlərin ölkəmizə olan marağı bu əməkdaşlığın real nümunələridir. Bu baxımdan, hər iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin genişlənməsi üçün kifayət qədər potensial mövcuddur. Xüsusilə viza rejiminin aradan qaldırılmasından sonra turizm sahəsində əlaqələrin daha da dərinləşməsi gözlənilir. Alban turistləri Azərbaycanın zəngin turizm potensialından yararlana bilər, eyni zamanda azərbaycanlı turistlərin Albaniyaya səfərləri üçün də əlverişli şərait formalaşır. Bu da qiymətlərin münasibliyi və xidmət səviyyəsinin artırılması baxımından müsbət təsir göstərə bilər”.

Prezident İlham Əliyevin Avropa Siyasi Birliyi Zirvəsində iştirakı, Azərbaycanın Avropa ilə inteqrasiyası baxımından yaratdığı yeni imkanlar barədə danışan politoloq hesab edir ki, bu sahədə həyata keçirilən və planlaşdırılan investisiyalar gələcəkdə əlaqələrin daha da inkişafına təkan verəcək:

“Alban şirkətlərinin Azərbaycandakı neft və qeyri-neft sektoruna olan marağı da artmaqdadır. TAP layihəsi vasitəsilə Albaniyanın enerji ehtiyaclarının ödənilməsi və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları bu əlaqələrin genişlənməsində mühüm rol oynaya bilər. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi orta səviyyədədir. Lakin bu göstəricini bir neçə dəfə artırmaq mümkündür. Bütün bu amillər Albaniya-Azərbaycan münasibətlərinin dərinləşməsi və strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsi üçün geniş imkanların mövcud olduğunu göstərir”.

Metbuat.az-a açıqlama verən Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı, "ADA" Universitetinin prorektoru Fariz İsmayılzadə isə düşünür ki, artıq Azərbaycan öz milli maraqlarını daha effektiv şəkildə müdafiə edə bilir və beynəlxalq arenada daha yaxşı başa düşülür:

“Son illərdə Azərbaycan Avropaya təbii qaz ixracını əhəmiyyətli dərəcədə artırıb və hazırda 12 Avropa ölkəsi ölkəmizdən qaz alır. Bu ölkələr arasında Albaniya da var. Xüsusilə Balkan və Cənub-Şərqi Avropa dövlətləri ilə iqtisadi və enerji sahələrində əməkdaşlıq genişlənməkdədir. Bu əməkdaşlıq Azərbaycanın qarşısında yeni imkanlar açır — həm diplomatik, həm də siyasi sahədə. Xüsusilə ölkəmizin ərazi bütövlüyü məsələsində Avropa dövlətləri bizim ərazi bütövlüyümüzü dəstəkləyirlər. Avropanın digər ölkələri də, xüsusilə böyük ölkələri - Fransa, Almaniya da görürlər ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfəsini verir, etibarlı tərəfdaş kimi qəbul olunur.

Azərbaycanın rolu təkcə enerji sahəsi ilə məhdudlaşmır. Eyni zamanda, Avropa ilə siyasi, iqtisadi və diplomatik münasibətlər də inkişaf edir. Xüsusilə Balkan ölkələri və Qara dəniz hövzəsi dövlətləri ilə əlaqələr güclənir. Son beynəlxalq sammitlərdə də açıq şəkildə göründü ki, Azərbaycanın beynəlxalq nüfuzu artır və ölkəmiz Avropa üçün strateji əhəmiyyətə malik bir tərəfdaş kimi qiymətləndirilir. Bu isə milli maraqlarımızın müdafiəsində və beynəlxalq dəstəyin güclənməsində mühüm rol oynayır”.

Azərbaycan-Albaniya enerji əməkdaşlığının digər Balkan ölkələri üçün nümunə olub olmaması barədə suala cavab verən Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı Vüqar Bayramov qeyd edib ki, Azərbaycan dost və strateji tərəfdaş olduğu ölkələrin enerji təhlükəsizliyinin təminatında fəal rol oynayır. Millət vəkili xüsusilə vurğulayıb ki, ölkəmizin bu sahədə verdiyi töhfələr beynəlxalq miqyasda yüksək qiymətləndirilir:

“Hazırda Azərbaycan 12 Avropa ölkəsinə mavi qaz nəql edir. 2024-cü ildə Avropaya ixrac olunan qazın həcmi əvvəlki illə müqayisədə 13 faiz artıb, son dörd ildə isə bu göstərici ümumilikdə 57 faizlik artımla müşahidə olunub. Bu rəqəmlər Azərbaycanın enerji ixrac potensialının dinamik şəkildə inkişaf etdiyini və Avropanın enerji təchizatında sabit, etibarlı tərəfdaş kimi qəbul edildiyini bir daha təsdiqləyir.

Balkan ölkələri, o cümlədən Albaniya Azərbaycan üçün strateji əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu regionlarla, xüsusilə enerji sahəsində, əməkdaşlığın gücləndirilməsi Azərbaycanın prioritet istiqamətlərindən biridir.

Hesab edirəm ki, enerji sahəsində mənbə dəstəyinin və təchizat marşrutlarının şaxələndirilməsi istiqamətində əməkdaşlığımızın daha da genişlənəcəyi gözlənilir. Qarşıdakı dövrlərdə Azərbaycanla bir sıra Mərkəzi və Şərqi Avropa ölkələri arasında əlaqələrin dərinləşməsi, həmçinin Azərbaycanın regionun enerji təhlükəsizliyinə verdiyi dəstəyin daha da güclənməsi müşahidə olunacaq. Bu proses həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və onun strateji əhəmiyyətinin daha da möhkəmlənməsinə xidmət edəcək”.

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə hazırlanmışdır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 May 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri