Icma.az
close
up
RU
Deputat: Azərbaycan Macarıstan əlaqələri çoxşaxəli tərəfdaşlığa əsaslanır

Deputat: Azərbaycan Macarıstan əlaqələri çoxşaxəli tərəfdaşlığa əsaslanır

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 21 may, AZƏRTAC

2014-cü ilin noyabrında Azərbaycan ilə Macarıstan arasında qurulan strateji tərəfdaşlıq münasibətləri ötən illər ərzində dost ölkələrimizin inkişafına təkan verib. Bu gün beynəlxalq münasibətlər sistemində xalqlarının milli maraqlarına əsaslanan müstəqil siyasət aparan hər iki ölkə üçün böyük önəm kəsb edən və tarixin sınaqlarından uğurla çıxmış bu əməkdaşlıq bütün sahələrdə genişləndirilir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı qeyd edib.

Azərbaycan-Macarıstan əlaqələrinin çoxşaxəli tərəfdaşlığa əsaslandığını deyən Mircəlil Qasımlı bildirib ki, ölkələrimiz arasında 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə əsasında ikitərəfli münasibətlər yeni mərhələyə qədəm qoyub. Ümumilikdə, müntəzəm həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər, təmaslar, aparılan müzakirələr, qəbul olunan qərarların uğurlu icrası iki ölkə arasında münasibətlərin dinamik inkişafında müstəsna rola malikdir. Bu baxımdan Azərbaycan Prezidentinin Macarıstana son səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da inkişafına təkan verəcək.

Səfər çərçivəsində aparılan müzakirələrdə bir çox sahələrdə əldə olunan uğurların qeyd olunduğunu söyləyən deputat bildirib ki, iki ölkə arasında enerji sektorunda uğurlu əməkdaşlıq əlaqələri mövcuddur. Uzun illərdir Macarıstan şirkəti Azərbaycanda neft-qaz sektorunda fəal iştirak edir. Hazırda bu sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan Prezidentinin mətbuata bəyanatında qeyd etdiyi kimi, Macarıstan şirkəti Azərbaycanın qurudakı neft yataqlarında fəaliyyətə başlayacaq. Eyni zamanda, ölkələrimiz yaşıl enerji sahəsində də fəal iş aparırlar.

İqtisadiyyatın ayrı-ayrı istiqamətlərində ölkələrimiz arasında əməkdaşlığın uğurla genişləndirildiyini deyən deputat qeyd edib ki, ötən il Macarıstandan Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,018 milyard ABŞ dolları təşkil edib. Eyni zamanda Azərbaycan şirkətləri də Macarıstanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər.

Azərbaycanlı tələbələrin Macarıstanda təhsil almaları üçün təhsil təqaüdlərinin ayrılmasının mühüm addım olduğunu söyləyən M.Qasımlı bildirib ki, iki ölkə arasında elm-təhsil, mədəniyyət, media, idman və digər istiqamətlərdə uğurlu əməkdaşlıq dinamik şəkildə inkişaf etdirilir.

Deputat qeyd edib ki, hər iki ölkənin parlamentləri arasında da səmərəli tərəfdaşlıq əlaqələri mövcuddur. İstər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində mövcud fəal təmaslar, göstərilən qarşılıqlı dəstək əlaqələrin davamlı inkişafını təmin edir.

Azərbaycan və Macarıstan arasında beynəlxalq təsisatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində də yaxşı əlaqələrin olduğunu, ölkələrimizin bu təsisatın inkişafında mühüm rol oynadıqlarını vurğulayan deputat deyib: “Azərbaycanın təşəbbüsü ilə ötən il Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşü keçirildi. Böyük coğrafi məkanı əhatə edən Türk Dövlətləri Təşkilatının dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsi istiqamətində həyata keçirilən işlərə önəmli təkan verəcək bu təşəbbüsə Macarıstanın qoşulması və ikinci qeyri-rəsmi Zirvə Görüşünün Budapeştdə təşkili böyük əhəmiyyətə malikdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri