Icma.az
close
up
RU
Bakı bulvarı bahara bu dəfə tamam fərqli hazırlaşıb

Bakı bulvarı bahara bu dəfə tamam fərqli hazırlaşıb

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Novruz bayramı münasibətilə Dənizkənarı bulvarda ziyarətçilər üçün xüsusi bayram guşəsi hazırlanıb. Bu il bayram məkanının tərtibatında daha fərqli və dinamik üsluba üstünlük verilib, baharın gəlişini və Novruzun ruhunu əks etdirən dekorativ elementlərdən geniş istifadə olunub".

Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dəniz Kənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva deyib.

O bildirib ki, park estetikasına uyğun şəkildə qurulan guşədə Novruz atributları, baharı və yenilənməni simvolizə edən müxtəlif dekorativ elementlər quraşdırılıb, məkan mövsümi çiçəklərlə bəzədilib:

"Məkanın tərtibatında əsas məqsədlərdən biri ziyarətçilərin buraya daxil olan kimi baharın təravətini hiss etmələrinə şərait yaratmaq olub. Bu məqsədlə guşədə güllər və çiçəklərlə zəngin dekorativ kompozisiyalar qurulub, baharın ab-havasını və rəngarəngliyini əks etdirən elementlərdən istifadə olunub.

Eyni zamanda, Novruz ənənələrini və baharın təravətini əks etdirən fotokünclər yaradılıb. Ziyarətçilər bu məkanlarda xatirə şəkilləri çəkdirərək bayram ab-havasını daha yaxından hiss edə biləcəklər.

Hazırlanan bayram guşəsində həm böyüklər, həm də uşaqlar üçün istirahət imkanları nəzərə alınıb. Məkan ziyarətçilərin asudə vaxtını daha maraqlı və rahat keçirməsi üçün park estetikasına uyğun şəkildə təşkil olunub, uşaqların əyləncəsi də diqqətdə saxlanılıb".

"Dənizkənarı bulvarda təşkil olunan bayram yarmarkaları və tematik guşələrin hazırlanması son illər daha maraqlı və zəngin məkan yaratmağa xüsusi diqqət yetirilir. Bu istiqamətdə görülən işlərdə məqsəd hər yeni layihənin əvvəlki illərlə müqayisədə daha təkmil və daha cəlbedici olmasıdır. Bu il də hazırlanmış bayram guşəsi ziyarətçilərə Novruzun sevincini və baharın təravətini hiss etdirmək məqsədi daşıyır", - deyə Əfsanə Mehdiyeva qeyd edib.

Murad Nəsimi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Mart 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri