Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Oktyabrın 12-18-də Dənizkənarı Milli Parkda Azərbaycanın özünəməxsus çay mədəniyyətini bütün zənginliyi ilə bir araya gətirən Çay Festivalı keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan qonaqpərvərliyinin və süfrəsinin ayrılmaz hissəsi olan çay mövzusu bu dəfə Bakı bulvarında yerli ləzzətləri və çay mədəniyyətinə bağlı ən müxtəlif elementləri bir araya gətirəcək.
Festivalda Azərbaycanın aparıcı çay istehsalçılarının məhsulları, bölgələrimizə xas şirniyyatlar və çay süfrəsini tamamlayan müxtəlif təamlar təqdim olunacaq. Ziyarətçilər həmçinin çay süfrəsinə aid ənənəvi və dekorativ əşyalarla tanış ola biləcəklər. Festivalda
özünəməxsus çay mədəniyyəti ilə seçilən ölkələrin nümayəndələri də iştirak edəcək.
Tədbirin məqsədi Azərbaycanın milli çay mədəniyyətini tanıtmaq, yerli istehsalçıların müxtəlif məhsullarını təşviq etmək və çayı yalnız bir içki kimi deyil, insanları birləşdirən mədəni ənənə kimi təqdim etməkdir.
Festivala giriş sərbəstdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 09 Oktyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















