Icma.az
close
up
RU
Bakı bulvarında ilanlar peyda oldu Əhaliyə XƏBƏRDARLIQ + VİDEO

Bakı bulvarında ilanlar peyda oldu Əhaliyə XƏBƏRDARLIQ + VİDEO

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bakı bulvarına gəlib qağayıları yemləməyi xoşlayanlar bu günlərdə ilanları da yemləmək məcburiyyətində qalırlar”.

Yenisabah.az xəbər verir ki, şair-jurnalist Bəradər Səməndərli belə deyir.

Onu sözlərindən aydın olur ki, ölməz aktyor Yaşar Nurinin məşhur tamaşada dediyi “İlanları yemləmək vaxtdıdır” zarafatı dənizkənarı parkdakıların gündəlik həyat tərzinə çevrilməkdədir.

Qışda hiyləgər tülkü, yayda panika yaradan ilanlar

Şair-jurnalistin təqdim etdiyi videodan da aydın görünür ki, Bakı bulvarında ilanlar məskən salmaqdadır. Xəzərin geriləməsi ilə səhralaşan dənizsahili əraziləri ilanlar özlərinə yuva seçib. Bu isə bulvara dincəlməyə gələnlərin rahatlığını pozur. Ötən ilin sonlarında bulvarda azadə gəzib dolaşan tülkünün ardından bulvarda ilanların peyda olmasını ən müxtəlif səbəblərlə izah edənlər var.

Əhmədlidə həyətə girən ağ ilanı kim tutsun?

Təkcə Bakı bulvarında deyil, Əhmədli qəsəbəsində də ilanlar nəzərə çarpmaqdadır.

Bir neçə gün əvvəl Əhmədlidəki həyət evlərindən birinə girən ağ rəngli, təxminən 1 metr uzunluğunda olan ilan sosial şəbəkələrdə geniş müzakirələrə yol açmışdı. Yayılan videolardan, həyəcanlı statuslardan, qonşularla paylaşılan xoflu xəbərlərdən sonra hər addımda sürünən kabus hiss olunur.

“Biz ağaclara baxırıq, ilanlara yox”

Həyətinə ilan girmiş ailənin bildirdiyinə görə, onlar dəfələrlə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə müraciət etsələr də, telefonlarına “Xətti məşğul etməyin” cavabı verilib və kömək göstərilməyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə vətəndaşlara bu məsələnin onların səlahiyyətinə aid olmadığını bildirib:

“Biz ağaclara baxırıq, ilanlara yox”.

“Bura icra hakimiyyətidir, ilanın bizə nə aidiyyəti var?”

Ümidlərini rəsmi qurumlardan kəsən ailə daha sonra özəl bir xidmətlə əlaqə saxlayıb. Xidmət müəssisəsindən bildirilib ki, ilanı tutmaq üçün 250 manat ödəniş edilməlidir.

Bu məbləğin yüksək olduğunu deyən ailə üzvləri özəl xidmətdən imtina ediblər.

Ərazinin aid olduğu bələdiyyə orqanları ilə də əlaqə saxlanılıb. Bələdiyyədən yalnız təskinlik verilib:

“Qorxmayın, kömək etməyə çalışarıq”.

Xətai Rayon İcra Hakimiyyətindən isə məsələyə münasibət belə olub:

“Bura icra hakimiyyətidir, ilanın bizə nə aidiyyəti var?”

Rəsmi qurumlardan heç biri məsələyə yaxın durmadığına görə sakinlər daha da əlacsız qalır.

“İlanlar çoxalıb, Allah, İnsan azalıb, Allah…”

Bu yerdə Ramiz Rövşənin “İlanlar çoxalıb, Allah, İnsan azalıb, Allah…” misralarını da xatırlayıb “Bakı bulvarında, Əhmədlidə və şəhərin digər ərazilərində peyda olan ilanlarla hansı qurum məşğul olmalıdır” sualına aydınlıq gətirmək üçün Zoologiya İnstitutu ilə əlaqə saxladıq.

İnstitutun Quru onurğalıları laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov Musavat.com-a deyib ki, Abşeronda 10 ilan növü var. Onlardan yalnız biri - Levante gürzəsi zəhərlidir.

Abşeronda hansı ilanlar yaşayır və hansılardan qorxmaq lazımdır?

Təvəkkül İsgəndərov bildirib ki, Levante gürzəsi xaric, digər sürünənlər insanlar üçün birbaşa ölümcül təhlükə daşımır, amma sancması, aqressiv davranışı xüsusilə uşaq və yaşlılar üçün təhlükə yarada bilər: 

“Boz ilan zərərsizdir, amma qorxunc görünüşü ilə panika yarada bilər. İlanbalığı da zərərsizdir. İlanbaşlı kərtənkələ adında “ilan” olsa da, əslində kərtənkələdir. Kolluq ilanı aqressiv ola bilər, lakin zəhərsizdir”.

İlanlar yem axtarır, qorxmayın!

T. İsgəndərov deyib ki, hazırda ilanlar yemlənmək, bioloji ehtiyaclarını ödəmək üçün axtarışdadırlar:

“May ayı ilanların aktiv şəkildə hərəkətdə olan zamanıdır. Hazırda ilanların fəallaşması qızmar hava, qida ehtiyacları və gizlənəcək yer axtarışı ilə bağlıdır. Yəni onlar bizim həyətimizə düşmənçilik üçün yox, yaşamaq üçün gəlirlər”.

Dövlətin ilanları tutmağa heç bir mexanizmi yoxdur!

Dosent vurğulayıb ki, Azərbaycanda ilanları tutmaqla məşğul olan dövlət qurumu yoxdur:

“İnsanların yaşadığı, istirahət etdiyi, ümumiyyətlə insanların olduğu ərazilərə gələn ilanları tutan, onları daha təhlükəsiz əraziyə uzaqlaşdıran qurum yoxdur. Ərazilərin ilanlardan təmizlənməsi üçün dövlətin heç bir mexanizmi yoxdur. İlanları qorxudan dərmanlama işlərini görmək üçün dövlət 1 manat da ayırmır. Özəl qurumlarda fəaliyyət göstərən mütəxəssislər mövcuddur ki, sakinlər ödəniş edərək bu xidmətdən yararlansın.

Tövsiyəm odur ki, ilanla qarşılaşdığınız zaman üzərinə getməyin. İlan onun üzərinə getməyənə heç zaman hücum etmir. Üzərinə karton qutu qoyun, bağlayın və təcrübəli birindən kömək istəyin”.

Azərbaycanda ilanları tutan, zərərsizləşdirən bir qurum yoxdursa, vətəndaşlar nə etməlidir?

Dövlət qurumlarının Əhmədlidə həyətinə ilan girmiş bir ailənin timsalında hərəkətsizliyi bu sahədəki boşluğu ortaya qoyur. Çıxış yolu kimi Hindistanda bu sahə üzrə min illərdir fəaliyyət göstərən peşəkar “ilantutan ailələri”ni göstərmək olar. Bu ailələr zəhərli ilanları sağ-salamat tutmaq, onları ərazidən uzaqlaşdırmaq və ekoloji balansı pozmadan problemi aradan qaldırmaqda çox təcrübəlidirlər. Və ya Azərbaycanda ilanları tutmaq üçün peşəkar yardım qurumu yaradıla bilər. Bu, həm də yeni bir ixtisas sahəsinin – “urban herpetoloq” xidmətinin formalaşmasına səbəb ola bilər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 May 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri