Icma.az
close
up
RU
Bakı bulvarında təhlükə: sudan çıxarıldı, sakinlər təşvişə düşdü

Bakı bulvarında təhlükə: sudan çıxarıldı, sakinlər təşvişə düşdü

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Bakı bulvarında, demək olar, hər mövsüm təkrarlanan ölüm hallarına daha biri əlavə olunub. Belə ki, sentyabrın 6-da Dənizkənarı Milli Parkda bir nəfərin meyiti dənizdən çıxarılaraq təhvil verilib. Sözügedən ərazidə bu kimi hadisələrin tez-tez baş verməsi paytaxt sakinlər arasında narahatlıq doğurub.

Dənizkənarı Milli Parkda hansı təhlükəsizlik tədbirləri görmək olar?

Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib ki, məlum hadisə sahil zonalarında təhlükəsizliyin gücləndirilməsinin vacib edir:

“Bu istiqamətdə artıq bulvar boyunca möhkəmləndirilmiş məhəccərlər quraşdırılıb ki, bu da mühüm addımdır. Lakin yalnız məhəccərlərlə bütün risklərin aradan qaldırılması mümkün deyil. Beynəlxalq təcrübə göstərir ki, sahil parkları tam bağlanmır, yalnız fövqəladə hallar – güclü fırtına və ya təhlükəli hava şəraitində müvəqqəti məhdudiyyətlər tətbiq edilir. Əsas diqqət təhlükəsizlik infrastrukturunun və nəzarətin gücləndirilməsinə yönəldilir. Bu məqsədlə əlavə tədbirlərin görülməsi vacibdir. Məsələn, sahil boyu qəza zamanı sudan çıxışı təmin edəcək nərdivanların quraşdırılması, güclü işıqlandırma və kamera sistemlərinin tətbiqi, insanların daha çox toplaşdığı yerlərdə xilasetmə postlarının yaradılması və sair bu kimi mühüm addımların atılması zəruridir”.

Həmçinin oxuyun:

Bu sual Prezidentə ilk dəfə verildi: cavabı isə diqqət çəkdi – Sensasion

Orxan Musayev

Ekspert qeyd edib ki, intihar hallarının qarşısını yalnız fiziki baryerlərlə almaq mümkün deyil:

“Bu istiqamətdə psixoloji dəstək xidmətləri, sosial proqramlar və maarifləndirici tədbirlər mühüm rol oynayır. Nəticə etibarilə, Bakıda artıq müəyyən texniki addımlar atılıb, buna baxmayaraq, riskləri minimuma endirmək üçün əlavə tədbirlər kompleksinə də ehtiyac var. Bulvarda xilasetmə xidmətinin təşkili üzrə konkret plan hazırlanmalıdır. Dəniz kənarı ərazilərin tam bağlanma variantı isə nə beynəlxalq təcrübəyə uyğundur, nə də Bakı üçün realdır”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri