“Bakı bunu problemə çevirmədi” AÇIQLAMA
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O vurğulayıb ki, dövlət başçısının qrafiki aylar öncədən formalaşır. Deputat bildirib ki, Bakıda keçirilən beynəlxalq futbol turnirinin finalçılarının mükafatlandırılması da bu qrafikin tərkib hissəsidir:
“Üstəlik, tədbir Azərbaycanın ev sahibliyi etdiyi iri beynəlxalq idman layihəsinin yekun mərhələsidir. Ona görə prezidentin ölkə daxilindəki öhdəliyi ilə xaricdəki tədbirdə iştirakı arasında seçim etməsi təbiidir.
Diplomatiyada qarşılıqlılıq prinsipinə baxarkən yaxın keçmişdəki faktlar da nəzərə alınır. 2024-cü il iyulun 6-da Şuşada TDT-nin qeyri-rəsmi Zirvə görüşü keçirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıya gəlmədi, ölkəni vitse-prezident Cövdət Yılmaz təmsil etdi. Həmin gün Ərdoğan Berlində Avropa çempionatının dörddəbir final oyununda, Türkiyə ilə Niderland milli komandalarının qarşılaşmasında idi.
Bu görüşün Azərbaycan üçün rəmzi çəkisi böyük idi. Türk dövlətlərinin rəhbərləri işğaldan azad edilmiş Şuşada bir araya gəlir, Türk dünyasının əməkdaşlıq gündəliyi Qarabağa gətirilirdi. Buna baxmayaraq, Ankara öz proqramına uyğun qərar verdi. Prezident futbol oyununda iştirak etdi, vitse-prezident isə Şuşa sammitinə qatıldı. Bakı bunu nə problemə çevirdi, nə də ittifaq münasibətlərinə kölgə saldı. Çünki hər dövlət öz prioritetlərini və protokol imkanlarını müəyyənləşdirmək hüququna malikdir”.
N.Həmzəyev qeyd edib ki, eyni məntiq Azərbaycana da şamil olunmalıdır:
“Xarici işlər nazirinin Zirvə görüşündə ölkəni təmsil etməsi diplomatik praktikada tam normal haldır. Bu, Azərbaycanın xarici siyasətini bilavasitə həyata keçirən, TDT çərçivəsindəki bütün istiqamətlərə bələd olan, sammit hazırlığında fəal iştirak edən şəxsin təmsilçiliyidir. Nazir Bayramov həm Azərbaycanın mövqeyini çatdırmaq, həm də müzakirələrdə və razılaşmalarda ölkənin maraqlarını təmin etmək üçün lazımi səlahiyyətlərə malikdir”.
Deputat bildirib ki, əsas məsələ təmsilçilik səviyyəsi deyil, Azərbaycanın təşkilata yanaşmasıdır.
“Bakı TDT-yə böyük önəm verir, onun institusional inkişafında, ticarət, nəqliyyat, enerji və mədəniyyət sahəsində əməkdaşlığın genişlənməsində fəal rol oynayır. Bu mövqe təşkilatın hər toplantısında, təşəbbüslərdə və praktik layihələrdə özünü göstərir. Təşkilata bağlılıq bir sammitdə kimin iştirak etdiyi ilə ölçülmür.
Hər iki tərəf bir-birinin gündəliyinə anlayışla yanaşmalıdır. Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman öz proqramına uyğun təmsilçilik formatı seçib və bu, münasibətlərin mahiyyətinə təsir etməyib. Azərbaycanın xarici işlər naziri səviyyəsində təmsil olunması da eyni qarşılıqlı anlaşma çərçivəsində qiymətləndirilməlidir. Azərbaycan-Türkiyə münasibətləri belə protokol nüanslarından yüksəkdir. Bu münasibətlər “bir millət, iki dövlət” formulu və strateji tərəfdaşlıq üzərində qurulub”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 29 Oktyabr 2026 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















