Bakı Dəmir Yolu Xəstəxanası Respublika Pediatriya Mərkəzi kimi fəaliyyət göstərir RƏSMİ
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Bakı Dəmir Yolu Xəstəxanası Respublika Pediatriya Mərkəzinin tərkibinə daxil edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, Nazirlər Kabinetinin 21 avqust 2024-cü il tarixli qərarına əsasən, "Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyində olan tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi prosesi həyata keçirilib.
Bu qərara uyğun olaraq, Bakı Dəmir Yolu Xəstəxanası Respublika Pediatriya Mərkəzinin tərkibinə daxil edilib.
Məlumata görə, Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Nərimanov Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanası həmin binaya köçürülüb və fəaliyyətini orada davam etdirir.
Tibb müəssisəsində Endokrinologiya, Allerqologiya, Pediatriya, Reanimasiya və Təcili və təxirəsalınmaz tibbi yardım şöbələri xidmət göstərir.
Eyni zamanda endokrinoloji və allerqoloji sahələr üzrə pediatrik stasionar xidmətlər Nərimanov Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında həyata keçirilir.
130 nəfərlik çarpayı fonduna malik olan xəstəxanada kistik fibrozlu xəstələrin pediatrik yatışı və dərman təminatı da təşkil olunur.
Qeyd edək ki, Azərbaycan Dəmir Yollarının Həkim Sanitar Xidmətinin balansında olan tibb müəssisələri ləğv olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 26 Noyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















