Icma.az
close
up
RU
Bakı Dövlət Universiteti yenə öndədir

Bakı Dövlət Universiteti yenə öndədir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Dövlət Universiteti (BDU) “Quacquarelli Symonds” (QS) tərəfindən açıqlanan “QS World University Rankings 2027” siyahısında 565-ci yerdə qərarlaşıb. Universitet ötən illə müqayisədə 123 pillə irəliləyərək Azərbaycanın və Cənubi Qafqazın ən yüksək nəticə göstərən ali təhsil müəssisəsi olub.

QS reytinqində 106 ölkədən 8808 universitet qiymətləndirilib, 1504 ali təhsil müəssisəsi yekun siyahıya daxil edilib. Qiymətləndirmə akademik nüfuz, işəgötürən reputasiyası, elmi nəşrlərə istinadlar, beynəlxalq əməkdaşlıq və digər göstəricilər əsasında aparılıb.
BDU son illərdə elmi tədqiqatların gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və əmək bazarına uyğun kadr hazırlığı istiqamətində irəliləyişlər göstərib. Universitet 2026-cı ildə “QS Europe” reytinqində də 58 pillə yüksələrək Avropada 278-ci yerə çıxıb.

“QS World University Rankings by Subject 2026” nəticələrinə görə, BDU ilk dəfə iki geniş ixtisas kateqoriyasında reytinqə daxil olub. Dar ixtisas sahələrinin sayı 8-ə yüksəlib. Geniş ixtisaslar üzrə BDU Təbiət elmlərində 401–500, Mühəndislik və texnologiyada 501–550 aralığında yer alıb. Dar ixtisaslar üzrə universitet Neft-qaz mühəndisliyi (51–100), Müasir dillər (151–200), Riyaziyyat (251–300), Hüquq (301–350), Kimya mühəndisliyi və Fizika (401–450), Kimya (451–500), Kompüter elmləri (601–650) üzrə təmsil olunub. BDU bu nəticələrlə Azərbaycanın ən çox ixtisas sahəsi üzrə reytinqdə yer alan universiteti olub.

BDU rəhbərliyi əldə olunan nəticələrə görə akademik və inzibati heyəti, tələbələri, tərəfdaş qurumları, eləcə də QS reytinqində yer alan digər Azərbaycan ali təhsil müəssisələrinin kollektivlərini təbrik edir.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ən azı üç ali təhsil müəssisəsinin dünyanın TOP-800 universiteti sırasında yer alması hədəf kimi müəyyən edilib. BDU artıq bu hədəfi təmin edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyun 2026 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri