Icma.az
close
up
RU
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin rəhbərliyi və bir qrup tələbəsi AZƏRTAC da olub VİDEO

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin rəhbərliyi və bir qrup tələbəsi AZƏRTAC da olub VİDEO

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 3 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin rəhbərliyi və bir qrup tələbəsi martın 3-də Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) olub.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevlə görüşdə qonaqlara agentliyin tarixi, keçdiyi inkişaf yolu və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Bir neçə gün əvvəl AZƏRTAC-ın 105 illik yubileyinin keçirildiyini bildirən Vüqar Əliyev qeyd edib ki, 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən əsası qoyulan ilk milli xəbər agentliyi mürəkkəb, çətin və şərəfli yol keçib. Təəssüf ki, Cümhuriyyət dövrünün yadigarı olan AZƏRTAC müstəqil xəbər mənbəyi kimi cəmi 58 gün yaşaya bilib. AXC-nin süqutundan sonra agentliyin 70 illik sovet dövründə adı 7 dəfə dəyişdirilib, xəbər yayımında ciddi məhdudiyyətlərlə üzləşib. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra agentliyin tarixi adı qaytarılıb. AZƏRTAC-ın əsl inkişaf dövrü Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyəti illərində olub. Prezident İlham Əliyevin 2015-ci il fevralın 26-da imzaladığı Sərəncamla isə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlandırılıb.

İdarə Heyətinin sədri qeyd edib ki, son illərdə AZƏRTAC 50-dən artıq xarici ölkənin xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb, 5 qitədə fəaliyyət göstərən agentliklərlə informasiya mübadiləsi aparır. Diqqətə çatdırılıb ki, son illər AZƏRTAC-ın xəbər yayımı keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Gün ərzində agentliyin xəbər lentində 8 dildə (Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb, Çin və ispan) 500-dən artıq informasiya yerləşdirilir, eləcə də beş dildə videoxəbərlər yayılır. Eyni zamanda, AZƏRTAC-ın dünyanın 25-ə yaxın ölkəsində xarici müxbir məntəqələri fəaliyyət göstərir. Agentlik Azərbaycan həqiqətlərini planetin demək olar, bütün guşələrinə çatdırır, dünya miqyasında dürüst və qərəzsiz xəbər mənbəyi kimi qəbul edilir.

Həmçinin bildirilib ki, bu gün AZƏRTAC gənc jurnalistlər üçün əsl təcrübə məktəbinə çevrilib.

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, filologiya elmləri doktoru Vüqar Zifəroğlu BDU-nun Medianın İnkişafı Agentliyi, Audiovizual Şura, Mətbuat Şurası da daxil olmaqla, müxtəlif media qurumları ilə səmərəli əməkdaşlığından söz açıb. O, Jurnalistika fakültəsində yaradılan media otaqlarının tələbə jurnalistlər üçün nəzəri biliklərin praktikada tətbiqi baxımından mühüm rolunun olduğunu vurğulayıb. Eyni zamanda, Jurnalistika fakültəsinin tələbələrinin ölkəmizin mötəbər media qurumlarında təcrübə keçdikləri diqqətə çatdırılıb.

Söhbət zamanı AZƏRTAC-ın BDU-da yaradılacaq xüsusi otağı barədə də danışılıb, bunun gənc jurnalistlər üçün təcrübə mübadiləsi baxımından önəmi qeyd olunub.

Müzakirələrlə davam edən görüşdən sonra BDU-nun Jurnalistika fakültəsinin nümayəndə heyəti AZƏRTAC-ın binasında yaradılan şəraitlə tanış olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Mart 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see223

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see217

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see202

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see195

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see189

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see169

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see146

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see140

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see140

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see139

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see139

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see136

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see136

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see135

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see131

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri