Icma.az
close
up
RU
Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Məlum olduğu kimi, sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin qızı Suad Qarayevə tərəfindən lentə alınan “Məhsəti” filmi cəmiyyətdə geniş müzakirələrə, haqlı tənqidlərə səbəb olub. Çünki filmdə dahi ədib Məshəti Gəncəvinin obrazı əxlaqsız formada təqdim edilib. Üstəlik filmdə cəmiyyətin əxlaqı, mənəvi dəyərləri hədəf alınıb.
Film ciddi sənət nümunəsi olmasa da, xalqın dəyər verdiyi, min ildən sonra da hörmətlə yad etdiyi Məhsəti Gəncəvi kimi bir şəxsiyyəti bu cür iyrənc formada təqdim etməklə Suad əslində öz niyyətini ifşa edib.
Əsas məqsəd – Cəmiyyət əxlaqına zərbə vurmaq
Məsələnin ən ikrah doğuran və cəmiyyətdə qəzəb yaradan tərəfi isə filmin müəllifinin uzun illər mədəniyyət naziri olmuş Əbülfəs Qarayevin qızı olmasıdır. Mədəniyyəti qorumaq vəzifəsini daşımış məmurun qızı illər sonra mədəniyyətimizə zərbə vuran rejissora çevrildi. Bu nə qədər tragikomik görünsə də, cəmiyyət tərəfindən biabırçı bir hadisə kimi qarşılandı.
Təbii ki, bu filmin ərsəyə gəlməsində Suadın uzun illər Qərb ölkələrində yaşaması önəmli rol oynayıb. Görünür, sabiq nazirin qızı bu müddət ərzində Qərbin çirkin, ailə institutunu dağıtmağa yönələn dəyərlərini yaxşı mənimsəyib. O qədər bu dəyərlərə aludə olub ki, sonda belə bir film ərsəyə gətirməklə xalqımızın əxlaqına, ailə dəyərlərinə zərbə vurmağa çalışıb.
Ancaq haqlı olaraq rejissorun tarixi şəxsiyyəti, o cümlədən cəmiyyətin əxlaqını hədəf alan filmi ictimaiyyət tərəfindən sərt qınağa tuş gəldi.
Günah Suadda, yoxsa atasındadır?
Qeyd etdiyimiz kimi, Suad Qarayeva gənc yaşlarından etibarən xaricdə - Londonda yaşayıb. Orada oxuyub, çalışıb, hətta 2015-ci ildə Şəhriyar adlı iranlı iş adamı ilə də Britaniya paytaxtında ailə həyatı qurub. Təbii ki, gənc yaşlarından Suadın öz hesabına London Ali İqtisadiyyat Məktəbi kimi bir təhsil ocağında oxuması, üstəlik biznes sahibi olması qeyri-mümkündür. Bütün bunlar atasının onun üçün yaratdığı imkanlar sayəsində reallaşıb.
Qızını bu qədər geniş imkanlar yaradan ata, məsuliyyətini də dərk etməyə borcludur. Ona görə də Suadla birlikdə sabiq nazir də cəmiyyətin əxlaqını, mədəni irsimizi hədəf aldığına görə xalqımızdan üzr istəməli idi. Ancaq bunu etmədilər, etmək istəmədilər. 
Qarayevlərin ailə biznesləri
Suadın qazandığı imkanlar, rəhbərlik etdiyi bizneslər birbaşa olaraq atasının 26 illik nazirlik dönəmindəki qazancının bəhrəsidir. Qazanc dedikdə, Əbülfəs Qarayevin əməkhaqqından yox, vəzifəsindən istifadə edərək yığdığı pullardan, yaratdığı bizneslərdən söhbət gedir. Nazir olduğu, eləcə də sonrakı dövrdə Əbülfəs Qarayevin, o cümlədən ailə üzvlərinin adı bir çox korrupsiya qalmaqallarında hallanıb.
Suad Qarayeva hələ 2002-ci ildən ad və soyadının baş hərflərini özündə ehtiva edən "SQ-FUTURE" MMC-nin təsisçisidir. Şirkət Bakı şəhəri Səbail rayonu, Müslüm Maqomayev, ev 22-də hüquqi qeydiyyatda alınıb.  Həmin ünvanda 2006-cı ilin martında Əbülfəs Qarayevin həyat yoldaşı Kazımova Lalə Tofiq qızının təsisçiliyi ilə Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən "YOL+İLK ELMİ-POPULYAR DƏRGİ REDAKSİYASI" MMC qeydiyyata alınıb. Bu iki şirkətin illik dövriyyəsi milyonlarla manat həcmindədir.
Lalə Kazımova 2010-cu ilin dekabrında Türkiyədə ad və soyadının abbreviaturasını ifadə edən “KL BODRUM EMLAK TİCARET VE Sanayi LİMİTED ŞİRKETİ”ni təsis edib. Nizamnaməyə görə Qarayevlərin ailə şirkəti Türkiyədə və ölkə xaricində turizm obyektləri, hotel, yaşayış binaları, villa və idman təsisatlarına sahib olmaq, işlətmək hüququ əldə edib. Keçmiş nazirin xanımın sosial şəbəkələrdəki hesabında Bodrumdakı 5 ulduzlu Kuum hotelinin simvolunu (qoşaqanadlı mələk) profil şəkli seçməsi maraq doğurur. Sözügedən hotelin hazırki qiymətinin təxminən 35-40 milyon dollar olduğu ehtimal olunur.
Rusiyadan Panamayadək uzanan mülklər
Rusiya Vergilər xidmətinin məlumatına görə, Rusiyada fəaliyyət göstərən “GALS” şirkəti də Əbülfəs Qarayevin qızı Suad Malekiyə (Qarayeva) məxsusdur. “GALS” abreviaturası sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Qarayev, Abülfəz, Lalə (həyat yoldaşı) və Suad (qızı) ibarətdir. Şirkətin illik gəlirləri 5-6 milyon rubl civarındadır.
Araşdırmamız nəticəsində məlum olub ki, Qarayevlərin Moskvada “LEON BABY” və “MYASNAYA QARANT” kimi ticarət markaları da mövcuddur. Əbülfəs Qarayev tərəfindən Rusiyada təsis olunmuş şirkətlər siyahısında "GZK OIL" MMC-ni (ООО "ГЗК ОЙЛ") və “ÇE CORPORATION” MMC-nin də adı var.
Məlumat üçün bildirək ki, “Korporaçiya ÇE” şirkətinin 2022-2023-cü illərdə gəlirləri 1 milyon 956 min manat olub.
Panamada qeydiyyatdan keçən 2004-cü ildə yaradılmış "RİMBA SA" şirkətinin də Əbülfəs Qarayevə aid olduğu iddia edilir. Təsadüfi deyil ki, 2020-ci il mayın 20-də, Qarayevin vəzifəsindən azad olunmasından cəmi bir gün əvvəl “Rimba S.A” şirkəti (Panama) Bakıdakı filialının ləğv olunduğunu elan edib. “Offshore” şirkəti olan “Rimba S.A”nın sabir nazir tərəfindən çirkli pulların yuyulması məqsədilə yaradıldığı iddia olunur.
Bundan əlavə, 2008-ci ildə Əbülfəs Qarayev Xorvatiyada LK D.O.O. (LTD) şirkətini həyat yoldaşının adına təsis edib, üstəlik Pula şəhərində o dövr üçün 1 milyon avro dəyərində olan "Amfiteatr" hotelini alıb.
2012-ci ildən Litvanın daşınmaz əmlak sektorunda fəaliyyət göstərən “TRIAT EXIRE” UAB (LTD, qeydiyyat nömrəsi 302521161) şirkəti də Lalə Kazımovanın adına qeydiyyata alınıb. Şirkətin təkcə əmlakların icarəyə verilməsindən gələn illik qazancı 400 min dollardan çoxdur.
Araşdırmamız nəticəsində məlum olub ki, Qarayevlərin Maltada qeydiyyatdan keçmiş üç şirkəti – “GREEN FARMS INTERNATIONAL LTD”, “A&S LIMITED”, “ADİNOTEC LTD” – var. Bu şirkətlərin illik dövriyyəsi milyonlarla avro həcmindədir.
Oğurlanmış eksponatlar
Sabiq nazir Əbülfəs Qarayevin adı yalnız çoxsaylı bizneslər və korrupsiya əməllərində hallanmır. Onunla bağlı daha bir dəhşətli iddia mövcuddur.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycanın muzeylərindən oğurlanmış çoxlu sayda qiymətli eksponatın qaçaqmalçılıqla xaricə aparılaraq satılmasında Əbülfəs Qarayevin də birbaşa iştirak etdiyi iddia olunur.
Əbülfəs Qarayev məsuliyyətdən necə yayındı?
Xatırladaq ki, 2020-ci ilin mayında – Əbülfəs Qarayevin vəzifəsindən azad edilməsi ərəfəsində Mədəniyyət Nazirliyində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilib. İstintaq Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı aparılıb.
Əməliyyat çərçivəsində Əbülfəs Qarayevin müavini Rafiq Bayramov, o cümlədən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov saxlanılıb.
Həmin dövrdə Əbülfəs Qarayev yalnız bəzi havadarları sayəsində məsuliyyətdən yayınmağı bacarsa da, bu gün vəziyyət fərqlidir.
Qanun qarşısında cavab verməyin vaxtıdır...
Bütün sadalanan faktlar və iddialar göstərir ki, Qarayevlərlə bağlı məsələ təkcə Suadın lentə aldığı filmin yaratdığı ictimai qınaqla məhdudlaşmır. Söhbət Əbülfəs Qarayevin uzun illər nazir olduğu dövrdəki qanunsuz əməllərindən, ailə üzvlərinin adı ilə bağlı olan bizneslərdən, ölkə daxilində və xaricində toplanmış var-dövlətdən gedir.
Ona görə də, yuxarıda qeyd olunan məqamları nəzərə alsaq, Əbülfəs Qarayevin nazirlik fəaliyyəti dövründəki maliyyə mənbələri, korrupsiya qalmaqalları və səslənən bütün ittihamlar hüquqi müstəvidə hərtərəfli, şəffaf və obyektiv şəkildə araşdırma tələb edir.
Bizim.Media-nın analitik qrupu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Dekabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri