Icma.az
close
up
RU
Bakı ilə bağlı QORXUNC TENDENSİYA: “Bu, ailələrə böyük zərbədir” KONKRET

Bakı ilə bağlı QORXUNC TENDENSİYA: “Bu, ailələrə böyük zərbədir” KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər ərzində paytaxt Bakıda bir sıra bazarların fəaliyyəti dayandırılıb. Öncə “Montin”, daha sonra “Təzə bazar”, “Vasmoy” və indi də “Keşlə” adı ilə tanınan bazar…

Bu məsələ  ortaya bir neçə sual çıxarır: Gəlirini kiçik bazarlara çıxışı ilə təmin edən kəndlilərin və kənd təsərrüfatı sahəsinin bundan sonrakı durumu necə olacaq? Alternativ təkliflər nədən ibarətdir?

KONKRET.az xəbər verir ki, məsələni yenisabah.az-a şərh edən kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov bildirib ki, bazarların bağlanması çox böyük problemlərin yaranmasına gətirib çıxaracaq:

“Kənd təsərrüfatını analiz etsək, iki hissəyə bölməliyik: oliqarxlara məxsus böyük təsərrüfatlar və kiçik ailə təsərrüfatları. Çox təəssüf ki, son illər aparılan siyasət kiçik ailə təsərrüfatlarının məhv olmasına hesablanıb. Tez-tez bizimkilər bu durumu Avropa ilə müqayisə edirlər. Amma hamısı vətəndaşın zərərinə olan mübahisələrdir. Amerika və Avropada məmurların ziyanına olan o qədər müqayisə var ki, onların mində birini burada demək olmaz.

Bazarların bağlanması olduqca mənfi tendensiyadır. Çünki hazırda kiçik ailə təsərrüfatlarının yeganə çıxış imkanları balaca bazarlardır. Problem odur ki, həmin təsərrüfatların marketlərə, böyük ticarət mərkəzlərinə çıxışı mümkün deyil. Yəni, onlar Qida Agentliyindən və digər qurumlardan yüz dənə sənəd almalıdır ki, böyük marketlərə çıxış imkanları yaransın. Böyük marketlərə çıxmaq ancaq böyük təsərrüfatlara məxsusdur. Bu gün məsələn Keşlə bazarı bağlanır. Hansı ki orada 2000-ə yaxın insan çalışır. Qışın günündə bunun adı vicdansızlıqdan başqa bir şey deyil. Bütün hərəkətlər vətəndaşın rifahına xidmət etməlidir. Ancaq kimsə kefinə görə bu bazarı bağlayır, o dükanı qapadır. Əvəzində alternatif heç nə təqdim etmir. Günəmuzd çörək pulu qazanan insanlara heç bir alternatif irəli sürmədən onun qazanc yerini bağlayırlar. Biz Şərq ölkəsiyik. Azərbaycanda müəyyən bir bazar kültürü var. Bu bizə dədə-babadan qalıb. Bazardan alış-veriş etmək kültürdür, bir mədəniyyətdir. Digər Şərq xalqları kimi ölkəmizdə də bazar mədəniyyəti kültürü mövcuddur. Avropada yoxdur deyə, bu kültürü məhv etmək yanlış bir addımdır. Bütün bunların hamısı kiçik ailə təsərrüfatlarına böyük zərbədir”.

Ekspert bu halda yoxsulluğun artacağına da vurğulayıb:

“Kiçik bazarların bağlanması ona gətirib çıxaracaq ki, kəndlər sürətlə boşalacaq. Onsuz da kəndli yayda əkinçi, qışda isə dilənçidir. Əkib-becərdiyi məhsulu zorla ortaya çıxarır. Bir yandan da bazarların bağlanması həmin təsərrüfatların sıradan çıxmasına şərait yaradacaq. Avropa ilə müqayisəyə gəldikdə isə, Amerika və Avropanın bəzi ölkələrində kənd təsərrüfatı ilə məşğul olan əhali tutumu deyək ki, 2,5-3 faiz təşkil edir. Azərbaycanda isə bu nisbət 40 faizdən çoxdur. Ona görə də əgər belə davam edərsə, kəndlilərin hamısı paytaxt Bakıya üz tutacaq, yoxsulluq artmağa davam edəcək və daha dəhşətli bir hal meydana çıxacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Dekabr 2024 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri