Bakı ilə Həştərxan arasında birbaşa uçuşlar bərpa olunur: Tarix açıqlandı
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Həştərxan (Rusiya) ilə Bakı arasında birbaşa hava əlaqəsi sentyabrın 30-dan bərpa olunacaq. Reysləri AZAL aviaşirkəti həyata keçirəcək.
AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə B.M.Kustodiyev adına Həştərxan Beynəlxalq Hava Limanının mətbuat xidməti məlumat yayıb.
Həştərxan və Bakı arasında uçuşlar 2025-ci ilin fevral ayında "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin qərarı ilə dayandırılmışdı. Azərbaycan daşıyıcısı bunu Rusiyanın, o cümlədən Həştərxanın hava məkanının vaxtaşırı bağlanması ilə izah etmişdi.
"Həştərxan Beynəlxalq Hava Limanından uçuşlar həftədə üç dəfə: çərşənbə, cümə və bazar günləri nəzərdə tutulub. Reyslərin yola düşməsi saat 10:00-a planlaşdırılır, uçuş müddəti 1 saat 25 dəqiqə təşkil edəcək. Marşrut üzrə daşıyıcı tərəfindən "Embraer E-190" təyyarələri cəlb olunacaq", - deyə məlumatda qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 07 Sentyabr 2026 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















