Icma.az
close
up
RU
Bakı ilə İrəvan arasında sülh ABŞ yə də fayda gətirəcək Senatordan ÇAĞIRIŞ

Bakı ilə İrəvan arasında sülh ABŞ yə də fayda gətirəcək Senatordan ÇAĞIRIŞ

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın Montana ştatını təmsil edən respublikaçı senator Stiv Deyns prezident Donald Trampın Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunmasına çox yaxın olduğunu bildirib.

Modern.az-ın məlumatına görə, o, bu addımı “bölgə və dünya üçün əhəmiyyətli geosiyasi dönüş nöqtəsi” kimi qiymətləndirib.

“Wall Street Journal” qəzetində dərc olunan məqalədə senator qeyd edir ki, Ermənistan və Azərbaycan keçmiş SSRİ-nin bir hissəsi olsalar da, 1980-ci illərin sonlarından bu yana aralarında fasilələrlə gərgin və zaman-zaman hərbi qarşıdurmalarla müşayiət olunan münaqişə yaşanıb. Onun sözlərinə görə, əvvəlki ABŞ administrasiyaları bu münaqişəyə ciddi önəm verməyib və sülh cəhdləri qısamüddətli və zəif olub.

Stiv Deyns Tramp administrasiyasının bu məsələyə fərqli yanaşdığını bildirir: “Prezidentin praqmatik və yaradıcı diplomatiya yanaşması, hər iki tərəf üçün daha parlaq gələcək vəd edən təşəbbüslərlə birləşdi və bu, real nəticələr doğurdu.”

Senator bu il Trampın komandasının üzvləri ilə birlikdə həm Ermənistana, həm də Azərbaycana səfər etdiyini, regionun iqtisadi imkanlarını araşdırdıqlarını və sülh danışıqlarının çətin məqamlarında vasitəçilik etdiklərini vurğulayıb.

Deyns bildirib ki, o, həm Azərbaycan Prezidenti İlham Əliyevlə, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşlər keçirib və real həll yollarını müzakirə edib: “Hər iki lider tarixi fürsət və yaranmış imkanın fərqindədir.”

Senator hesab edir ki, Rusiya uzun illər bu regionda vasitəçi rolunu sui-istifadə edərək münaqişəni uzadıb və Cənubi Qafqaz ölkələrini təcrid olunmuş vəziyyətdə saxlayıb. Onun fikrincə, indi həm Ermənistan, həm də Azərbaycan rus təsirindən xilas olaraq, ABŞ-la daha yaxın əməkdaşlığa yönəlirlər: “Bu region gələcəyini artıq özü müəyyənləşdirəcək. ABŞ-la tərəfdaşlıq bölgə üçün deyil, daha geniş coğrafiya üçün rifahın təməlini qoya bilər.”

Deyns məqaləsində Orta Dəhlizin coğrafi və geoiqtisadi əhəmiyyətinə də toxunur. Onun fikrincə, İran və Rusiya kimi ABŞ-ın əsas rəqiblərinin arasında yerləşən bu dar zolaq Asiyadan Avropaya sərbəst ticarət üçün yeganə açıq marşrutdur.

O vurğulayıb ki, Mərkəzi Asiyanın beş dövləti - Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan  böyük miqdarda neft, qaz, kömür, uran və digər vacib resurslara malikdir. Bu potensiala Ermənistan və Azərbaycanın antimon, mis, qızıl, xromit, manqan, gümüş, sink və nadir torpaq elementləri kimi zəngin ehtiyatları da əlavə olunur.

“Əgər regionda münaqişə olmasa, transanadolu qaz kəməri (TANAP) daha çox enerji ehtiyatını Avropaya daşıya bilər və qitə bir daha Rusiyadan enerji asılılığı yaşamaz. Cənubi Qafqazın mineral ehtiyatları isə ABŞ-ın Çindən asılılığını azalda bilər.”

Senator bildirir ki, Ermənistan və Azərbaycan üçün sülh həm də milli təhlükəsizlik və iqtisadi sabitlik deməkdir. Müştərək investisiyalar yeni iş yerləri yaradacaq və maliyyə sabitliyini təmin edəcək.

Məqalənin sonunda Stiv Deyns qeyd edir ki, Tramp administrasiyasının qətiyyəti bu iki ölkə üçün tarixi fürsət yaradıb:

"Qarşıdakı saziş yalnız Cənubi Qafqaz və Mərkəzi Asiya üçün deyil, ABŞ və onun müttəfiqləri üçün də uzunmüddətli fayda gətirəcək. Region və dünya sülhü naminə Ermənistan və Azərbaycanın liderləri bu sənədi bir an öncə yekunlaşdırmalıdırlar.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 İyul 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri