Icma.az
close
up
RU
Bakı İrəvan münasibətləri və ATƏT(sizlik)

Bakı İrəvan münasibətləri və ATƏT(sizlik)

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Minsk qrupu çoxdan “ölü can”a çevrilib

Doğrudur, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan finlandiyalı həmkarı, hazırda ATƏT-in fəaliyyətdə sədri olan Yelina Valtonenlə telefon danışığı zamanı Minsk qrupunun adını tutmayıb. Hər halda, telefon danışığı ilə bağlı erməni mediasının ölkə XİN-ə istinadən yaydığı məlumatda belə bir məqam yoxdur. Amma...

Beləliklə, erməni XİN rəhbəri ATƏT sədri ilə regional məsələlər ətrafında fikir mübadiləsi apararkən, Ermənistan və Azərbaycan arasında nizamlanma prosesindəki son müzakirələri, o cümlədən sülh müqaviləsinin imzalanması səylərini təqdim edib. Məhz buna “əmma” prizmasından yanaşmaq mümkündür. Mirzoyanın Valtonenə telefon zəngi etməsinə də həmçinin.

Qeyd edək ki, Mirzoyanla Valtonen arasında telefon danışığı, istər-istəməz, diqqəti Azərbaycanın bütün bəndləri razılaşdırılmış sülh müqaviləsi ilə bağlı irəli sürdüyü şərtlərə yönəldir. Söhbət konkret olaraq ATƏT-in Minsk qrupunun ləğvi şərtindən gedir. Rəsmi Bakı tələb edir ki, Ermənistan sözügedən təsisatın fəaliyyətinin rəsmən dayandırılması üçün Azərbaycanla birgə müvafiq müraciət ünvanlasın. Qarşı tərəf bildirir ki, belə bir müraciət yalnız sülh müqaviləsinin imzalanması ilə eyni vaxtda ola bilər. Ölkəmiz isə məsələnin qoyuluşu ilə razı deyil.

Məlum olduğu kimi, ATƏT-in Minsk qrupu uzun illər, guya, Azərbaycan və Ermənistan arasındakı münaqişəli durumun aradan qaldırılması istiqamətində fəaliyyət göstərirdi. Ölkəmizin ictimaiyyəti qrupun ABŞ-dan, Rusiyadan və Fransadan olan həmsədrlərinin torpaqlarımızın işğalı müddətində regiona çoxsyalı səfərlərini yaxşı xatırlayır. O da məlumdur ki, həmin səfərlər heç bir fayda vermirdi. Üstəlik, Minsk qrupu vasitəçilərinin Azərbaycan və Ermənistan liderlərinin dünyanın müxtəlif bölgələrində təşkil etdikləri görüşlər yalnız siyasi dekorasiyaya hesablanırdı.

Rəsmi Bakı bütün bunları görür və bəyan edirdi ki, danışıqlar heç bir fayda verməyəcəyi təqdirdə, Azərbaycan öz torpaqlarını istənilən yolla işğaldan qurtaracaq. Belə bəyanatlar veriləndə isə Minsk qrupunun təmsilçilərinin sözləri bu olurdu: Münaqişənin hərbi həll yolu yoxdur. Hələ ATƏT sədrinin Anjey Kasprşik adlı xüsusi nümayəndəsi də var idi ki, bu şəxsin uzun müddət qoşunların təmas xəttində mənasız monitorinqlər keçirməklə, loru dildə desək, evinə çörək apardığını görmüşdük.

Amma ATƏT-in Minsk qrupunun artıq keçmişdə qalmış Qarabağ münaqişəsinin “həlli” ilə bağlı bəlli “planı” olub. Bu təsisat mənasız görüşləri sıralamaqla vaxt uzadırdı. Vaxt uzadırdı ki, nəsillər dəyişsin və beləliklə, Qarabağ və işğalda qalmış digər ərazilərə dair düşüncə Azərbaycan xalqının yaddaşından tamamilə silinsin. Başqa hansı planı qurmaq olardı ki? Beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğu bir vaxtda yalnız belə bir yolla vaxt udub işğalı leqallaşdırmaq, ona hüquqi don geydirmək mümkün idi...

Azərbaycan 44 günlük müharibə ilə bütün məkrli planları, o cümlədən, ATƏTin Minsk qrupu vasitəsilə qurulmuş Qarabağ münaqişəsinin həlli “ssenarisini” tamamilə pozdu. Lakin biz müharibədən sonra da erməni tərəfinin və havadarlarının bu təsisatı dirçəltmək niyyətlərinin şahidi olduq. Elə Mirzoyanın özünün Minsk qrupunun danışıqlarda vasitəçilik etməsinə dair fikirləri az olmayıb. Rəsmi Bakı prinsipial mövqeyi ilə belə cəhdlərin qarşısını aldı, Minsk qrupu tam ölü təsisata çevrildi. Amma, belə demək mümkünsə, bıçağı ölmüş öküzün üstündə qoymaq olmaz. Azərbaycan dövlətinin yanaşması budur. Ölkəmizin Minsk qrupunun rəsmən ləğvi tələbi də mövcud yanaşmadan qaynaqlanır.

Bəli, ATƏT-in Minsk qrupunun fəaliyyəti rəsmən dayandırılmalıdır ki, Ermənistan və Azərbaycan arasında münaqişəli ərazi məntiqi tarixin zibilliyinə göndərilsin. Ermənistan dövləti qrupun ləğvinə imza atmalıdır ki, işğalı leqallaşdırmaq niyyəti güdən təsisat qalmasın. Yəni, bununla rəsmi İrəvan ərazi iddiasından geri durduğunu yazılı şəkildə bildirməlidir. Ermənistanın ATƏT-in Minsk qrupunun ləğvinə rəsmən qol qoyması həm də ölkənin siyasi, diplomatik və hərbi miqyaslı Qarabağ məğlubiyyətinin daha bir göstəricisi, etirafı olmalıdır.

Ancaq əvvəldə də bildirdiyimiz kimi, Ermənistan Minsk qrupunun yalnız sülh müqaviləsinin imzalanması ilə eyni vaxtda ləğvini əsas götürür. Daha doğrusu, rəsmi İrəvanın təmsilçiləri bildirirlər ki, sözügedən təsisatın ləğvi üçün birgə müraciət sülh müqaviləsinin imzalanması ilə eyni vaxtda ünvanlana bilər. Ən böyük səmimiyyətsizlik də elə budur.

Erməni tərəfinin yanaşmasında hiylə var. Baş nazir Nikol Paşinyan əvvəllər sülh müqaviləsinin mətnində tərəflərin bir-birilərinə qarşı heç bir ərazi iddiası irəli sürməmələri ilə bağlı müddəanın mövcudluğunu və bu səbəbdən Azərbaycanın Minsk qrupunun qalmasından ehtiyatlanmamalı olduğunu bildirirdi. Yəni bu, qrupun ləğvindən tamamilə boyun qaçırmaq idi. Lakin sonradan erməni iqtidarı Azərbaycanın məsələyə prinsipial münasibətini gördü.

Ölkəmizin prinsipiallığını şərtləndirən cəhətlər var. Heç kəs ATƏT-in Minsk qrupunun sülh müqaviləsi imzalandıqdan sonra ləğv ediləcəyinə təminat verə bilməz. Hər halda, rəsmi İrəvanın və havadarlarının münaqişə məntiqini saxlamaq üçün dəridən-qabıqdan çıxdıqlarını görmüşük. Onlar ATƏT rəhbərliyinə təsir göstərib Azərbaycanın və Ermənistanın sülh müqaviləsinin imzalanması ilə eyni vaxtdakı birgə müraciətinin nəzərə alınmamasına nail ola bilərlər. Amma sülh müqaviləsinin imzalanmasından əvvəl belə bir manipulyasiyaya getmək mümkünsüzdür.

Deməli, Ermənistana qarşı təzyiqi gücləndirmək lazımdır. Lazımdır ki, ölkə Azərbaycana və ümumilikdə qonşularına qarşı ərazi iddiasını gömsün. Nəzərə alaq ki, ölkəmizin sülh müqaviləsinin imzalanması ilə bağlı daha bir şərti də Ermənistanı avantüradan daşındırmaq məqsədi daşıyır. Söhbət Ermənistan konstitusiyasına dəyişiklik, sənədin ölkənin İstiqlaliyyət Bəyannaməsinə istinad kazusunun aradan qalxmasından gedir. O bəyannamə ki, orada “Dağlıq Qarabağ Muxtar Vilayəti” sözü işlədilir, Ermənistan Respublikasında olmayan ərazi vahidinin adı çəkilir.

Sonda onu da vurğulayaq ki, Mirzoyan, yaxud hansısa digər erməni rəsmisi sülh prosesi ilə bağlı həssaslığı nəzərə almalıdır. Həssaslıq isə ilk növbədə prosesi hansısa xarici müstəviyə daşımamaqla assosiasiya olunan reallıqdır. ATƏT müstəvisi isə ümumiyyətlə yolverilməzdir. Çünki bu qurum müasir dövrün Azərbaycan- Ermənistan münasibətləri sistemində mənfi reputasiyaya malikdir.

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyun 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri