Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib Mirzoyan
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan danışıqlar zamanı Ermənistan Konstitusiyasında dəyişiklik tələb etmir, amma mövcud müddəalar qalacağı təqdirdə sülh müqaviləsi imzalamayacağı barədə xəbərdarlıq edib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Azərbaycan tərəfindən Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı birbaşa tələb yoxdur. Amma başqa məsələlər var, bu barədə tərəflər açıq şəkildə danışırlar. Ermənistan Azərbaycanla Konstitusiyanın dəyişdirilməsini müzakirə edə bilməyəcəyini bəyan etdikdə, qarşı tərəf bunu qəbul edir, amma əlavə edir ki, Ermənistan Konstitusiyasındakı bəzi mövcud müddəalar qalarsa, sülh müqaviləsini imzalamağı planlaşdırmırlar”, - qeyd edib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl ölkəsinin Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsini sülhə təhlükə adlandırıb. Onun sözlərinə görə, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır, çünki bu, münaqişə riski yaradır. Bəyannanin müddəalarından biri “Ermənistanın Qarabağla birləşməsi”ni nəzərdə tutur, Azərbaycan buna qarşı çıxıb. Həmin məqamın Konstitusiyadan çıxarılması sülh müqaviləsinin imzalanması üçün rəsmi Bakının əsas və son tələbidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 23 Mart 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















