Icma.az
close
up
RU
Bakı Kitab Mərkəzində Gülər Coşqunsoyun Prezidentə həsr olunmuş kitablarının təqdimatı keçirilib

Bakı Kitab Mərkəzində Gülər Coşqunsoyun Prezidentə həsr olunmuş kitablarının təqdimatı keçirilib

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dekabrın 16-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Bakı Kitab Mərkəzində yazıçı Gülər Coşqunsoyun Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə həsr olunmuş “Milli Xilaskar” və Azərbaycan milli qəhrəmanlarına, şəhid general Polad Həşimova ithaf edilən “Ulu Röya Yolunda” kitablarının təqdimatı və imza günü keçirilib.

Tədbir Türk Dünyası Qadınlar Komitəsinin təşkilatçılığı ilə, Komitənin təsisçisi və rəhbəri Dilbər Coşqunsoy və Milli.az saytının redaktoru Xəyal Abdullayevin birgə təşkilatçılığı ilə baş tutub.

Mərasim ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Prezident İlham Əliyevin doğum günü münasibətilə təbriklər səsləndirilib, onun müasir Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsindəki tarixi rolu xüsusi vurğulanıb.

Tədbirin aparıcısı Dilbər Coşqunsoy müəllifin yaradıcılığı və təqdim olunan kitablar haqqında qısa məlumat verib. Daha sonra Gülər Coşqunsoy çıxış edərək əsərlərin yazılma məqsədi, ideya-məzmun yükü və daşıdığı vətənpərvərlik ruhu barədə danışıb.

"ULU RÖYADAN DOĞULAN ZƏFƏR - MİLLİ XİLASKARA ƏBƏDİ İTHAF" adı altında keçirilən ədbirdə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin media müşaviri Cihangir İşbilir, Azərbaycan–Türkiyə İş Adamları Birliyinin fəxri başqanı Cəmal Yangın, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Vətən Müharibəsi Fondunun rəhbəri Şəfa Mövsümov, Bugün tv rəhbəri Elnarə Dərziyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Şaiq Səfərov, Vətən müharibəsi qazisi, baş leytenant Rafiq Rəhimli, STMEGI Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun direktor köməkçisi Fuad Xaymov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi nümayəndəsi Elçin Cəfərov, sənətşünas Vasif Ayan, palitoloq Ülkər Coşqunsoy, pedaqoq Dilara Cəbraylova, “Aqad Silver” təbii daşlar şirkətinin direktoru Aslan Abbaszadə, xeyriyyəçi Arzu Fərəcova, Savat Federasiyasının mətbuat katibi Fidan Oruc Əliyeva, “Nərgiz Med” Klinikasının rəhbəri Məlahət Qəhrəmanova, siyasi şərhçi İlyas Hüseynov, Bakı Bİznes Universiteti müəllimi Reyhan Dadaşova təşkilatçı Ellada Əmiraslanova, "XAN" milli geyim brendinin sahibi Xalid Əsgərxan, Celt grup ortaqlarından Fərhad Yurdsevər, yeniera.az saytının rəhbəri Ariz Həsənoğlu, doğru.az saytının rəhbəri İlqəm Cəbiyev, media nümayəndələri, digər dövlət qurumlarının təmsilçiləri, ictimai birlik və icmaların üzvləri, eləcə də ziyalılar iştirak ediblər.

Çıxış edən qonaqlar müəllifin yaradıcılığını yüksək qiymətləndirərək, bu əsərlərin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını bildiriblər.

Tədbirin bədii hissəsində Gülər Coşqunsoyun əsərlərindən "Ali Baş Komandanım" , " Leyla" parçaları səsləndirilib, müəllifin şeirlərindən birinə bəstələnmiş mahnı təqdim olunub. Eyni zamanda Vətən müharibəsi iştirakçısı Tural Süleymanov tarda “Xudayar təsnifi”ni ifa edərək iştirakçılara duyğulu anlar yaşadıb.

Sonda müəllif oxucular üçün kitablarını imzalayıb, xatirə şəkilləri çəkdirilib. Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Facebook WhatsApp Telegram Twitter Share

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Dekabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see371

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see260

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see189

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see183

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see174

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see164

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see160

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see148

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri