Bakı Kitab Mərkəzində Azərbaycan bəstəkarı Leonid Vaynşteynə həsr olunmuş kitabın təqdimatı olub
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 21 aprel, AZƏRTAC
Bakı Kitab Mərkəzində "Леонид Вайнштейн. Книга-память" adlı kitabın təqdimatı keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, kitab Azərbaycan bəstəkarı, pedaqoq, Əməkdar incəsənət xadimi Leonid Vaynşteynin xatirəsinə həsr olunub.
Kitabın ideya müəllifi və tərtibatçısı - Şən və Hazırcavablar Klubunun əfsanəvi “Bakılı oğlanlar” komandasının üzvü Timur Vaynşteyndir.
Tədbirdə tanınmış ziyalılar, ictimai xadimlər və bəstəkarın ailə üzvləri iştirak ediblər.
Mərhum bəstəkarın yaxın dostları – TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və kinorejissor, ictimai-siyasi xadim Yuli Qusman öz çıxışlarında Leonid Vaynşteynlə bağlı xatirələrini bölüşüblər.
Heydər Əliyev Sarayının səhnəsində bəstəkarın “Zoluşka” operasına dirijorluq edən Xalq artisti Yalçın Adıgözəlov məşhur nağıl əsasında bəstələnmiş bu operanın heç bir tamaşaçını laqeyd qoymadığını qeyd edib.
Sonda Timur Vaynşteyn tədbir iştirakçılarına təşəkkürünü bildirib və oxucular üçün kitabı imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 21 Aprel 2025 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















