Bakı Konqres Mərkəzində yanğın baş verməyib YENİLƏNİB
Icma.az bildirir, Adelet.az portalına istinadən.
Bakı Konqres Mərkəzində heç bir yanğın hadisəsi qeydə alınmayıb.
Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hazırda FHN qüvvələri Bakı Konqres Mərkəzində keçirilən beynəlxalq tədbir ilə əlaqədar əraziyə cəlb olunub.
"Mətbəx sahəsində havalandırma sistemi işə düşüb. Vəziyyət tam nəzarət altındadır və narahatlıq üçün heç bir əsas yoxdur", - məlumatda qeyd olunub.
Qeyd edək ki, sosial mediada Bakı Konqres Mərkəzində tüstülənmə olduğuna dair görüntülər paylaşılıb.
***
11:12
Bu gün səhər saatlarında paytaxtın Nərimanov rayonunda yerləşən Bakı Konqres Mərkəzində tüstülənmə olub.
Adalet.az xəbər verir ki, Baku.ws-in məlumatına görə, mərkəzdən Baku.ws-ə bildirilib ki, heç bir yanğın hadisəsi baş verməyib.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb. Qeyd edilib ki, hazırda FHN qüvvələri Bakı Konqres Mərkəzində keçirilən beynəlxalq tədbir ilə əlaqədar əraziyə cəlb olunub: “Binada heç bir yanğın hadisəsi qeydə alınmayıb. Mətbəx sahəsində havalandırma sistemi işə düşüb. Vəziyyət tam nəzarət altındadır və narahatlıq üçün heç bir əsas yoxdur”.
Baxış sayı:79
Bu xəbər 22 Sentyabr 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















