Icma.az
close
up
RU
Bakı meriyasında ilk müavin 3 yüksək vəzifə hələ də BOŞDUR

Bakı meriyasında ilk müavin 3 yüksək vəzifə hələ də BOŞDUR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısına yeni müavin təyin edilib. Ayaz Hüseynov Bakı şəhər İcra Hakimiyyətinin başçısının müavini vəzifəsinə gətirilib. O, təyinata qədər Bakı şəhər İcra Hakimiyyətində Şəhər təsərrüfatı şöbəsinin müdiri olub.

Modern.az-ın məlumatına görə, bu, son 4 ildə Bakı meriyasında ilk müavin təyinatıdır.

Qeyd edək ki, qanunvericiliyə görə Bakı Şəhər İcra Hakimiyyətinin 4 müavini olmalıdır. Onlardan biri birinci müavin vəzifəsini tutur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

İcra Hakimiyyətinin rəsmi saytında birinci müavin və müavinlər vəzifələrinin qarşısı uzun müddətdir adsız göstərilir.

Xatırladaq ki, meriyada birinci müavin postuna sonuncu təyinat 2018-ci ilin iyul ayında olmuş, bu vəzifəyə Eldar Əzizov gətirilmişdi. Lakin üç aydan sonra - 2018-ci ilin noyabrında Eldar Əzizov dövlət başçısının sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə irəli çəkildiyindən, birinci müavin postu boşalmışdı. O vaxtdan birinci müavin vəzifəsinə təyinat olmayıb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının qadın müavini Fidumə Hüseynova 2021-ci ildə vəzifəsindən azad edilib. Onun yerinə də hələ ki təyinat yoxdur. İcra başçısının digər müavini Rauf Pənahov 2017-ci ildə vəfat edib və bu günə kimi onun yeri də boş qalıb.

Beləlikə, meriyada müavin postlarının artıq biri tutulub. Digər 3 müavin postuna da yeni təyinatların baş tutması gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Aprel 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri