Putin və Zelenski Türkiyədə görüşə bilər
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Ukrayna Prezidenti Volodimir Zelenski ilə şənbə günü Türkiyəyə etdiyi səfər zamanı bu məsələləri ətraflı müzakirə etmişik”.
Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında Rusiya, Ukrayna və Türkiyə liderləri arasında İstanbulda mümkün üçtərəfli görüşü şərh edərkən deyib.
“Cənab Zelenskiyə Rusiya ilə Ukrayna arasında davam edən müharibənin başa çatdırılması üçün danışıqlar və diplomatiya yolu ilə addımlar atılmasının nə qədər vacib olduğunu bildirdik və izah etdik. Türkiyə olaraq sülhə gedən yolu açmaq üçün əlimizdən gələni edirik və bundan sonra da etməyə davam edəcəyik.
Cənab Zelenski ilə keçirdiyimiz görüşdən sonra indi də cənab Putinlə görüşərək məsələnin Rusiya tərəfini müzakirə etmək istəyirik. Bu arada, xüsusilə xarici işlər naziri başda olmaqla, müvafiq rəsmilər öz həmkarları ilə təmaslar quraraq, İnşallah, Rusiya tərəfini də bu görüşə hazırlayacaqlar”, - Ərdoğan qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 05 Noyabr 2026 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















