“Bakı Metropoliteni” Günel Səfərəliyeva 108 min ödəyəcək
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə fərdi məsləhətçi seçilib.
“Yeni Sabah” xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, "Bakı Metropoliteni" QSC Asiya İnfrastruktur İnvestisiya Bankının “Maliyyə vəsaiti alan tərəflər üçün satınalma təlimatları haqqında Direktiv”nə uyğun olaraq fərdi məsləhətçilərin açıq rəqabətli seçim üsulunu həyata keçirib.
Bu istiqamətdə seçilmiş məsləhətçi olan Günel Səfərəliyeva ilə 1 il müddətinə müqavilə imzalanıb. Müqaviləyə əsasən, o, layihənin icrası üzrə menecer kimi xidmət göstərəcək. Müqavilənin ümumi dəyəri 108 000 manat təşkil edir. Məbləğə tətbiq olunan bütün vergilər, rüsumlar və məcburi ödənişlər daxildir. Yəni G.Səfərəliyevaya illik 108 min manat ödəniləcək ki, bu da aylıq təqribən 9 min manat edir. Marqarita pizza
Xatırladaq ki, bu il Azərbaycan Respublikası Hökuməti ilə Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi və “Bakı Metropoliteni” QSC ilə AİİB arasında “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə layihə sazişi imzalanıb. 180 milyon ABŞ dolları məbləğində olan kredit sazişini Azərbaycan Hökuməti adından maliyyə naziri Sahil Babayev, layihə sazişini isə “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov imzalayıb. 4 il güzəşt müddəti olmaqla, ümumilikdə 20 il müddətinə imzalanmış sazişlər Bakı metropoliteninin modernləşdirilməsi və genişləndirilməsi üzrə uzunmüddətli proqramın ilk mərhələsinin icrasına imkan yaradacaq. Layihə çərçivəsində “Dərnəgül” və “Xocəsən” elektrik depolarının tikintisinin davam etdirilməsi, həmçinin Yaşıl xətt üzərində yerləşən 10 stansiyanın modernləşdirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 04 Noyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















