Bakı metropoliteninin inkişafı ilə bağlı layihələrin maliyyələşdirilməsində Asiya İnfrastruktur İnvestisiya Bankının iştirakı müzakirə olunub AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 16 yanvar, AZƏRTAC
“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) baş investisiya direktoru Konstantin Limitovksi ilə görüşüb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə AİİB nümayəndələrinə 2030-cu ilə qədər Bakıda metropolitenin inkişaf perspektivləri, yeni 10 stansiyanın inşası, digər layihələr və onların əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, şəhər nəqliyyatında mövcud çətinliklərin aradan qaldırılması məqsədilə metropolitenin inkişaf etdirilməsi prioritet vəzifələrdəndir.
Bakı mobillik planı aspektindən metropolitenin inkişaf planı xüsusi müzakirə mövzusu olub.
Bakı metropoliteninin inkişaf etdirilməsi ilə bağlı təşəbbüs və layihələrin icrasının maliyyələşdirilməsində AİİB-in iştirakı ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qarşılıqlı əməkdaşlıq perspektivlərinin diqqətdə saxlanılması və görüşlərin keçirilməsi razılaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 16 Yanvar 2025 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















