Bakı Metropoliteninin parkı yenilənir: vaqonların sayı 180 ə, qatarların sayı isə 36 ya çatdırılacaq
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu ilin sentyabr ayından metropolitendə intervallar aşağı salınıb. Hazırda qatarların hərəkət intervalı texniki baxımdan ən aşağı səviyyəyə endirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda qatarlar arasında ilk dəfə olaraq 2 dəqiqədən də az - 1 dəqiqə 45 saniyəlik interval tətbiq olunub. Bu isə deməkdir ki, xəttdə olan qatarların intensivliyi artmalıdır:” Bu səbəbdən daha 2 qatarın Bakıya gətirilməsi təmin edilib. Hazırda 4-cü nəslə mənsub 3 qatar xəttə buraxılacaq. Qatarlar müasir dövrün standartlarına cavab verir. İlin sonunadək daha 3 qatar xəttə buraxılacaq. Beləliklə, Bakı Metropoliteninin vaqon parkında olan yeni nəsil vaqonların sayı 180-ə, qatarların sayı isə 36-ya çatdırılacaq. Bu isə o deməkdir ki, Bakı Metropoliteninin vaqon parkı artıq yeni nəsil qatarlardan ibarət olacaq”, - deyə B.Məmmədov qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 07 Noyabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















