Icma.az
close
up
RU
Bakı metrosu hazırlıq işlərinə başlayır FOTOLAR

Bakı metrosu hazırlıq işlərinə başlayır FOTOLAR

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bakı Metropoliteni" QSC xətlərin ayrılması layihəsi çərçivəsində 200 metrlik tunelin inşasına hazırlıq gedir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, yeni piyada keçidi "Cəfər Cabbarlı" stansiyasının platformasına birbaşa, sürətli və ən qısa hərəkət istiqaməti yaradacaq. Bununla da sərnişin axınını "Dərnəgül" və "Xətai" istiqamətinə ayırmaqla "28 May" stansiyasında daha nizamlı və təhlükəsiz hərəkət təmin olunacaq.

Bu keçid "28 May" stansiyasına daxil olan sərnişinlərin giriş-çıxışı üçün də növbəti əlverişli şərait yaradacaq. Sərnişinlər "Cəfər Cabbarlı" stansiyasından istifadə etməklə ən qısa yolla "28 May" stansiyasının platformasına daxil ola biləcəklər.

Beləliklə, "28 May" stansiyasının giriş qapısında gözləmədən birbaşa platformaya daha qısa müddətdə, rahat və sürətli daxil olmağa imkan verəcək, eyni zamanda platformada əlavə sıxlığın yaranmasının qarşısı alınacaq.

Keçidin inşası üçün qazıntı işləri və metal konstruksiyalı tunelin quraşdırılması artıq tamamlanıb. Hazırda "28 May" stansiyasının platforması ilə birləşmə hissəsində işlər davam edir. Paralel olaraq, üç hissədən ibarət pilləkənlərdə metal karkas qurularaq betonlama işlərinə hazırlıq görülür.

Yekun mərhələdə üzləmə işləri aparılacaq piyada keçidinin yeni tədris mövsümünə qədər istifadəyə verilməsi nəzərdə tutulub.

Xətlərin ayrılması layihəsinin əsas hədəflərindən biri olan "Cəfər Cabbarlı–Nizami" mənzilini birləşdirəcək, uzunluğu 200 metrə yaxın olan tunelin inşasının birinci mərhələsi başa çatdırılıb. Görülən işlər çərçivəsində "28 May" stansiyası ətrafında iki ərazidə – Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma zonası və "Cəfər Cabbarlı" stansiyasının yaxınlığında yerləşən iki hazırlıq şaxtasının qazıntısı aparılıb.

Bu şaxtalar inşaatın aparılması, texnika və materialların inşaat meydançasına endirilməsi məqsədilə istifadə olunur. "Cəfər Cabbarlı" stansiya yolundan başlayaraq əsas tunel sahəsinə qədər olan iki yanaşma sahəsinin tikintisi başa çatdırılıb.

Tikinti işləri ərazinin ağır geoloji mühitinə uyğun olaraq ən təhlükəsiz inşaat üsullarından Yeni Avstriya metodu ilə aparılır. Bununla da sahədə optimal texniki təhlükəsizlik tam təmin olunub.

Tikinti prosesi yerüstü sahədə avtobusların, dəmiryol vağzalının, "28 May" və "Cəfər Cabbarlı" stansiyalarının fəaliyyətinə heç bir maneə yaratmır. Ərazidən bütün istiqamətlərdə piyadaların təhlükəsiz hərəkəti üçün yollar təmin edilib.

Qeyd edək ki, 200 metrə yaxın tunelin inşası başa çatana qədər qatarların hərəkəti "İçərişəhər-Əhmədli" (habelə "Əhmədli-Həzi Aslanov" məkik hərəkət mənzili), "Dərnəgül-Nizami" və indiki kimi "Cəfər Cabbarlı-Xətai" olmaqla təşkil ediləcək. Tikintinin növbəti mərhələsində sərnişinlər "28 May" və "Nizami" stansiyaları arasında yerüstü nəqliyyatdan istifadə edəcəklər.

Tunelin inşasının "Dərnəgül" elektrik deposunun birinci mərhələsi tamamlandıqdan sonra 11 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur. Eləcə də müvafiq digər avadanlıq, qurğu və sistemlərin quraşdırılması başa çatdıqdan sonra Qırmızı ("İçərişəhər-Həzi Aslanov") və Yaşıl ("Dərnəgül-Xətai") xətlər tam müstəqil fəaliyyət göstərməyə başlayacaq.

Sərnişinlər Yaşıl xətdən Qırmızı xəttə və əksinə "28 May-Cəfər Cabbarlı" keçidindən istifadə edəcəklər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Aprel 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri