Icma.az
close
up
RU
Bakı metrosu ilə bağlı müəmma: 10 aydan sonra nə baş verir?

Bakı metrosu ilə bağlı müəmma: 10 aydan sonra nə baş verir?

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ilin yanvar ayında Hesablama Palatası “Bakı Metropoliteni” QSC-nin sərnişindaşımanın maya dəyərini süni şəkildə şişirtdiyini açıqlamışdı. Hətta ötən il metroda gediş haqqının 40 qəpikdən 50 qəpiyə qaldırılması da bununla izah olunmuşdu. Buna baxmayaraq, qiymətlər endirilmədi. İndi isə 2026-cı ilin dövlət büdcəsində metroya 40 milyon manat subsidiya ayrılması planlaşdırılır və bu, keçən illə müqayisədə 44 faiz çoxdur.

Maraqlıdır, yeni qatarlar alınmadan və xidmət keyfiyyəti dəyişmədən “Bakı Metropoliteni”ni niyə daha çox maliyyə dəstəyi ilə təmin etmək lazım gəlir?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanov bildirib ki, hər bir qurumun ayrıca balansı və büdcəsi var:

“Lakin bu qurumlar dövlət və nəzarət orqanları qarşısında hesabatlı olsalar da, çox vaxt xərcləri həddindən artıq şişirdirlər. Nəticədə ili mənfəətlə deyil, zərərlə başa vururlar və bu da dövlət subsidiyalarına ehtiyac yaradır”.

İqtisadçı qeyd edib ki, problemin kökündə məhz süni şəkildə artırılmış xərclər və maliyyə intizamının pozulması dayanır:

“Hesablama Palatasının bununla bağlı verdiyi açıqlamaya baxmayaraq, vəziyyət dəyişmir. Çünki əsas məsələ, yəni səmərəsiz fəaliyyət və xərclərin şişirdilməsi hələ aradan qaldırılmayıb. Bu səbəbdən də nəzarət mexanizmləri mütləq gücləndirilməlidir. Tarif siyasətində təqdim olunan yüksək göstəricilər real iqtisadi əsaslara deyil, qurumların, o cümlədən “Bakı Metropoliteni”nin maliyyə imkanlarını genişləndirməyə yönəlib”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri