Icma.az
close
up
RU
Bakı metrosu ilə bağlı YENİ XƏBƏR

Bakı metrosu ilə bağlı YENİ XƏBƏR

Icma.az, News24 portalına istinadən məlumat yayır.

"Qatarların hərəkət intervalı payız-qış qrafikinin tələblərinə əsasən sərnişin axını istiqamətlərinə uyğun təmin edilir. Eyni zamanda Bakı metropoliteni infrastrukturunun mövcud texniki imkanları həddi xüsusi nəzərə alınır. Hazırda iş günlərində saat 7:00-10:00 və 17:30-19:30 aralığında "Əhmədli-28 May" hərəkət sahəsində 2 dəqiqə interval tətbiq edilir".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Qurumdan açıqlanıb ki, iki gur saat arasında interval qeyd edilən sahədə 2.5 dəqiqə təşkil edir:

"Xətlər "28 May" stansiyasında kəsişərək birləşdiyindən, bu stansiyadan "Dərnəgül" və "İçərişəhər" stansiyaları istiqamətində intervallar iki dəfə artıq olur. Lakin diqqətə alınmalı digər məqamlar da var. Mövcud şəraitdə sıxlığın tənzimlənməsi əsas məqsədlərdən biridir. Bakı metropoliteninin Yaşıl və Qırmızı xətlərində səhər və axşam gur saatlarda sərnişin sıxlığının tənzimlənməsi məqsədilə qatarların hərəkət qrafikində bu və digər tənzimləmələr tətbiq edilir.

Səhər saatlarında sərnişin sıxlığının vaxtında iki qatar "Memar Əcəmi" stansiyasından geri qaytarılır. Məqsəd "20 Yanvar" və "İnşaatçılar" kimi sıx stansiyalarda axını tənzimləməkdir. Bu zaman "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" stansiyalarında interval iki dəfə artıq - 8 dəqiqədən yuxarı olur. Səhər sıx sərnişin axını vaxtı bir qatar "Neftçilər" stansiyasından "Koroğlu"ya qədər sərnişinsiz göndərilir. Bu da ən çox sərnişini olan "Koroğlu" stansiyasında sərnişin sıxlığını tənzimləmək üçün tətbiq edilir.

Günorta saatlarında "28 May" stansiyasında ifrat sıxlıq müşahidə olunur. Elektrik deposundan bir ehtiyat qatar "28 May" stansiyasına qədər sərnişinsiz göndərilir. Bu tənzimləmələrin müsbət təsirləri var. Hazırda mümkün digər tədbirlər və imkanlar da araşdırılır. Monitorinqlər davam edir. Sərnişin sıxlığının mümkün texniki imkanlardan istifadə etməklə optimallaşdırılması davam etdiriləcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 Yanvar 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri