Icma.az
close
up
RU
Bakı metrosunda 200 metrlik tunel tikiləcək

Bakı metrosunda 200 metrlik tunel tikiləcək

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qarşıdakı dövrdə Bakı Metropolitenini sürətli inkişaf planları gözləyir”.

Gununsesi.info  xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, on yeni stansiyanın inşa olunması ilə əlaqədar Bakı Metropolitenində müxtəlif istiqamətlərdə tədbirlərə başlanılıb:

“Bu on yeni stansiya şəhərin ictimai nəqliyyat sektorunun ümumilikdə sosial mühitini tamamilə dəyişəcək, axınların qarışmasının, şəhərdə yaranmış tıxacların və digər məsələlərin müsbət istiqamətdə həllinə təkan verəcək. On yeni stansiyanın inşası ilə Bakı Metropoliteninin daşıyıcılıq qabiliyyəti artacaq.

Müqayisə üçün qeyd edim ki, 2025-ci ildə Bakı Metropolitenindən 230 milyon sərnişin istifadə edib. Bu proqram icra olunduqdan sonra metropolitenin daşıyıcılıq qabiliyyəti əlavə olaraq 88 milyon sərnişin də daşımaq imkanına malik olacaq”.

Bəxtiyar Məmmədov qeyd edib ki, Bakı Metropoliteninin formalaşmış bir xüsusi məsələsi var, bu da yaşıl və qırmızı xətlərin, yəni şəhər mərkəzini onun ətrafı ilə əlaqələndirən iki mühüm xəttin “28 May” stansiyasında kəsişərək birləşməsidir:

“Bu problemin həlli üçün Bakı Metropoliteni avqust ayının 15-dən ən vacib mərhələyə başlayır. Bu vacib mərhələ ilk növbədə elektrik deposunun Dərnəgül stansiyası yaxınlığında inşasının ikinci mərhələ üzrə tamamlanmasıdır. Bu da həmin istiqamətdə qatarların hərəkətinin təmin olunması, onların baxışının, texniki qulluğunun keçirilməsi üçün şəraitin yaranması deməkdir. İkinci vacib məsələ təxminən 200 metr uzunluğunda birləşdirici tunelin inşasıdır. Bu tunel xüsusi əhəmiyyətə malik olmaqla “Cəfər Cabbarlı” stansiyasını “Nizami” stansiyası ilə birləşdirən tunellərin qovuşma nöqtəsi olacaq və bu inşaat prosesinin 10-11 ay davam etməsi gözlənilir.

10-11 ay müddətini ona görə xüsusi qeyd edirik ki, bu dövr ərzində “28 May” stansiyasının yerləşdiyi ərazinin hidrogeoloji şəraiti mürəkkəbdir. Həmin istiqamətdə münasib zəmin olarsa, layihənin bir qədər də erkən başa çatması mümkün olacaq”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Avqust 2026 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see356

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see349

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see342

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see310

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see301

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see300

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see272

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see272

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see264

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see259

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see239

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see239

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see237

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see233

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see230

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see226

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see224

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see214

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri