Trampın İsraillə bağlı planı sual altında: 10 milyard dolları kim ödəyəcək?
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
İsrailin 2028-ci ildən sonra ABŞ-dan sifariş etdiyi silahların alınması üçün əlavə 10 milyard dollar ödəməli olacağı gözlənilir. Bu vəziyyət ABŞ Prezidenti Donald Trampın İsrailə hərbi yardımı dayandırmaq planını çətinləşdirir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Məlumata görə, Vaşinqton qarşıdakı iki il ərzində İsrail üçün artıq təxminən 7 milyard dollarlıq hərbi öhdəlik götürüb. Lakin 2028-ci ildən sonrakı dövr üçün nəzərdə tutulan əlavə xərclərin kim tərəfindən qarşılanacağı hələ də aydın deyil. Dördpendirli pizza
İsrailin Baş naziri Benyamin Netanyahu isə ABŞ-dən birbaşa hərbi yardımın növbəti 10 il ərzində mərhələli şəkildə dayandırılmasını təklif edib. Bunun əvəzinə iki ölkə arasında birgə müdafiə istehsalının genişləndirilməsi variantı müzakirə olunur.
Bununla belə, mövcud silah sifarişləri və maliyyə öhdəlikləri səbəbindən ABŞ-nin hərbi yardımı qəfil dayandırması real görünmür. Mövcud sifarişlərin maliyyələşdirilməsi, xüsusilə də gələcəkdə təhvil verilməsi nəzərdə tutulan döyüş təyyarələrinin ödənişi məsələsi hələ açıq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 05 Noyabr 2026 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















