İran ABŞ nin kimyəvi və bioloji silahlarla bağlı ittihamlarını rədd edib
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 20 noyabr, AZƏRTAC
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehranın bioloji və ya kimyəvi silahlar hazırlaması ilə bağlı ABŞ-nin irəli sürdüyü ittihamları təkzib edib.
AZƏRTAC “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, Bəqai bu iddiaların nə dərəcədə etibarlı sübutlara əsaslandığı ilə bağlı suallar doğurduğunu bildirib.
İranın XİN rəsmisi əlavə edib ki, ABŞ-nin ittihamları əvvəlcə “İranın nüvə təhdidi” ilə bağlı iddialardan ibarət olduğu halda, indi Tehranın kimyəvi və bioloji silahlar hazırlaması ilə bağlı iddialarla əvəzlənib. Onun sözlərinə görə, bu iddialar 2003-cü ildə İraqın işğalından əvvəl ABŞ tərəfindən irəli sürülən bəyanatları xatırladır.
İranlı rəsmi bu xüsusda ABŞ-nin sabiq dövlət katibi Kolin Pauelin 2003-cü ilin fevralında BMT Təhlükəsizlik Şurasında etdiyi çıxışı da xatırladıb. Həmin vaxt Pauel İraqın kütləvi qırğın silahlarına malik olması ilə bağlı iddiaları sübut etmək məqsədilə ABŞ-nin təqdim etdiyi dəlillər çərçivəsində kiçik bir flakon nümayiş etdirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 20 Noyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















