Icma.az
close
up
RU
Bakı metrosunda yenilik İlk dəfə tətbiq olundu

Bakı metrosunda yenilik İlk dəfə tətbiq olundu

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Bakı metropolitenində ilk dəfə “İçərişəhər” stansiyasında qatarların hərəkəti məhdulaşdırılmadan gödək ağac şpalların əvəzinə dəmir-beton bloklar qoyulub.

Metbuat.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” məlumat yayıb. Bildirilib ki, “İçərişəhər” stansiyasının qatarların qəbul edilib yola salındığı baş yolunda yararsız gödək ağac şpalların dəmir-beton bloklarla əvəz olunmasına 2022-ci il may ayının 27-də başlanılıb.

Əvvəlcə stansiya yolunun təməl qatı öyrənilərək yeni tipli yol infrastrukturunun qurulması şəraiti qiymətləndirilib. Bu qiymətləndirmə əsasında tətbiq ediləcək yenilik zamanı özül qatda görüləcək işlər müəyyən olunub. Yeni tipli yol quruculuğu metropolitendə yararsız ağac şpalların dəyişdirilməsi prinsiplərinə uyğun qurulub.

Dəmir-beton blokların qurulması texnlogiyalarına uyğun olaraq, hər çıxarılan gödək ağac şpalın əvvəlcə təməl qatında müvafiq düzləndirmə və yol betonu ilə sərt özül betonunun əlaqələndirilməsi işləri yerinə yetirilib. Daha sonra normativ tələblərə uyğun olaraq, dəmir-beton bloklar qoyularaq betonlanıb. Bu proses betonun quruması və qatarların hərəkətinin təsirlərinin öyrənilməsi şəraitində davam etdirilib. İki ilə yaxın müddət ərzində stansiya yollarında 324 yararsız və istismar müddətini başa vurmuş gödək ağac şpal dəmir-beton blokla əvəzlənib.

“İçərişəhər” stansiyasında başa çatdırılmış işlər metropolitenin özünün istehsalı olan məhsulların daha geniş miqyasda tətbiqinə yol açması ilə əlamətdardır. Bununla 2017-ci ildə “Bakı Metropoliteni" QSC-də Almaniyanın “Vollert” şirkətindən alınmış dünya standartlarına cavab verən avadanlıqlar əsasında yaradılmış istehsal sahəsinin məhsulu olan dəmir-beton blokların tətbiqinə daha böyük imkanlar yaradılıb.

Metro yollarında istifadəsi genişlənməkdə olan dəmir-beton bloklar mövcud ağac şpallardan keyfiyyətinə və uzunömürlüyünə görə çox fərqlənir. İlk növbədə qeyd olunmalıdır ki, dəmir-beton bloklar ölkə xaricindən asılılığı aradan qaldırır. Həmçinin daha baha başa gələn ağac şpalların alınması, ölkəyə gətirilməsi üçün yol, gömrük və s. məsrəflər də olmur. İstismar müddəti ağac şpaldan ən azı 2-3 dəfə çox, 50 il olan dəmir-beton bloklara qulluq və xidmət də bir neçə dəfə azdır. “İçərişəhər” kimi tarixi tikililərin olduğu ərazidə dəmir-beton blokların gətirdiyi daha bir üstünlük də var. Bununla qatarların hərəkəti zamanı titrəmənin və səs-küyün, fiziki təsirlərin, təkərə əks-zərbələrin qarşısının daha az olması da qala divarları kimi tikililərin mühafizəsi baxımından da əhəmiyyət kəsb edir.

Dəmir-beton blokların quraşdırılması “Vollert Rheda” sistemli yolun üstquruluş elementlərinin, o cümlədən “Vossloh UTS-300” rels bəndləyiciləri və digərlərinin istifadə edilməsi texnoloji yeniliklərin tətbiqi ilə tamamlanıb.

Dəmir-beton bloklar “Nərimanov” elektrik deposunda yaradılan qatarların sınaq yolunda, əsaslı təmir işləri aparılarkən “Xətai” və “Cəfər Cabbarlı”, həmçinin COVID-19 pandemiyası dövründə metropolitendə sərnişindaşıma fəaliyyətinə tam məhdudiyyət qoyulduğu vaxt “Elmlər Akademiyası” stansiya yollarında tətbiq edilib. Tunellərə gəlincə, metropoliten tarixində ilk dəfə istismarda olan tunel yolu kimi “Cəfər Cabbarlı-Xətai” mənzilinin 500 metrlik hissəsində qoyulub. Yeni inşa olunan sahələrdə - Bənövşəyi xəttin tunel və stansiya yollarında da 2017-ci ildən dəmir-beton bloklardan istifadə olunur. Bu xüsusda “8 Noyabr”, hazırda inşa edilən “B-04” stansiya yolları ilə yanaşı, “Xocəsən-Avtovağzal”, “Memar Əcəmi-8 Noyabr” və “8 Noyabr-B-04” mənzillərinin tunel yollarında da tətbiq edilib.

Yaxın vaxtlarda digər stansiyaların baş yollarında da mərhələli şəkildə yeni tipli yol quruculuğuna başlanılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 Dekabr 2024 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri