Bakı Naxçıvan aviareyslərində mygov la rəqəmsal qeydiyyata başlanılıb
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
"Azərbaycan Hava Yolları" QSC-nin Bakı–Naxçıvan–Bakı marşrutu üzrə səyahət edən ölkə vətəndaşları üçün yeni rəqəmsal qeydiyyat xidməti istifadəyə verilib.
525.az-a bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
Məlumata görə, sərnişinlər ölkədaxili uçuşlarda fiziki sənəd təqdim etmədən, "mygov" tətbiqi vasitəsilə şəxsiyyətlərini təsdiq edə biləcəklər.
Yeni xidmət çərçivəsində qeydiyyat masasında yerləşdirilən QR kod mygov tətbiqi vasitəsilə skan edilir. Vətəndaş "mygov" tətbiqində ötürülən məlumat siyahısı ilə tanış olub icazə verdikdən sonra sərnişinin şəxsiyyət məlumatları avtomatik olaraq qeydiyyat sisteminə ötürülür və qeydiyyat prosesi daha sürətli, rahat və operativ şəkildə həyata keçirilir.
Xidmət Bakı və Naxçıvan hava limanlarında tətbiq olunur, qeydiyyat prosesinin daha səmərəli təşkili ilə sərnişinlər üçün rahat və çevik xidmət mühiti yaradır. Yeni həll hava limanlarında rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi və sərnişin təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrin tərkib hissəsidir.
Rəqəmsal qeydiyyat xidməti alternativ xarakter daşıyır. Sərnişinlər istədikləri halda əvvəlki qaydada fiziki şəxsiyyət vəsiqəsini təqdim etməklə də qeydiyyatdan keçə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 20 İyul 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















