Icma.az
close
up
RU
Bu şəxslər 10 dəfə az ödəniş edəcək Tək bir şərt var!

Bu şəxslər 10 dəfə az ödəniş edəcək Tək bir şərt var!

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

2027-ci ildən kənd təsərrüfatı ilə məşğul olan fermerlər və sahibkarlar üçün yeni vergi güzəştləri tətbiq ediləcək, bir sıra mövcud azadolmaların müddəti uzadılacaq.

“Yeni Sabah” xəbər verir ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, aqrar sahədə fəaliyyət göstərən istehsalçıların vergi yükünün azaldılması, kiçik təsərrüfatlara əlavə dəstək göstərilməsi və vergi uçotunun elektronlaşdırılması nəzərdə tutulur.

Təkliflərə görə, 2027-ci il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlirlər üzrə güzəştlər davam etdiriləcək. Mikrosahibkarlar və sadələşdirilmiş vergi ödəyiciləri üçün kənd təsərrüfatı istehsalından əldə olunan gəlirin tamamilə vergidən azad edilməsi saxlanılacaq. Sərfəli qiymətə məhsullar

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən öz məhsullarının satışından əldə edilən dövriyyənin ƏDV-dən azad olunmasının 2029-cu ilin sonunadək uzadılması təklif edilir. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının ticarəti zamanı ƏDV-nin ümumi satış qiymətindən deyil, ticarət əlavəsindən hesablanması 2031-ci ilin sonunadək davam edəcək.

Bundan başqa, kənd təsərrüfatı fəaliyyəti ilə bağlı əmlak vergisindən azadolma, heyvan və quş ətinin, yem məhsullarının və yem əlavələrinin, kəpəyin satışına tətbiq edilən ƏDV güzəştlərinin, həmçinin buğdanın idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı üzrə azadolmaların 2029-cu ilin sonunadək uzadılması nəzərdə tutulur.

Kənd təsərrüfatı subsidiyalarının gəlir və mənfəət vergisindən azad edilməsi isə 2031-ci ilin sonunadək saxlanılacaq.

Fermer qeydiyyatdan keçməsə, 2 faiz vergi ödəyəcək

Dəyişikliklərdən biri də kənd təsərrüfatı məhsullarını satan fiziki şəxslərlə bağlıdır. Təklifə əsasən, fermer Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərsə, məhsul satışından əldə etdiyi gəlir vergidən azad olunacaq.

Qeydiyyatda olmayan şəxslərdən kənd təsərrüfatı məhsulları alan vergi ödəyicisi isə ödəniş zamanı məbləğin 2 faizini vergi kimi tutacaq.

Məsələn, 5 min manatlıq məhsul satan qeydiyyatsız şəxsdən 100 manat vergi tutulacaq. EKTİS-də qeydiyyatda olan istehsalçıdan isə bu vergi tutulmayacaq.

Eyni zamanda, EKTİS-də qeydiyyatdan keçmiş istehsalçıların məhsullarını bazarda birbaşa fiziki şəxslərə satmasından əldə etdikləri gəlirlər də vergidən azad ediləcək.

Heyvan idxal edən fermerlərə də güzəşt gəlir

Aqrar sahədə yeni güzəştlər heyvandarlıqla məşğul olanları da əhatə edəcək. Belə ki, EKTİS-də qeydiyyatda olan şəxslər tərəfindən kökəltmə məqsədilə heyvanların idxalının 2027-ci il yanvarın 1-dən etibarən üç il müddətinə ƏDV-dən azad edilməsi təklif olunur.

Bundan əlavə, fermerlərin öz yetişdirdikləri heyvan və quşları kəsərək satmasından əldə etdikləri gəlirlər də güzəştə daxil ediləcək. Yeni qaydaya əsasən, kəsilmiş ətin satışından əldə olunan gəlirin 90 faizi, mikrosahibkarlar üçün isə 100 faizi vergidən azad ediləcək.

Aqrar şirkətlər əvvəlkindən daha az vergi ödəyəcək

Digər mühüm dəyişiklik kənd təsərrüfatı istehsalçılarının gəlir və mənfəət vergisinə aiddir. 2027-ci ildən etibarən mövcud 100 faizlik azadolmanın beş il müddətinə 90 faizlik güzəştlə əvəz edilməsi nəzərdə tutulur.

Bu o deməkdir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının müvafiq gəlir və mənfəətinin 90 faizi vergidən azad ediləcək. Mikrosahibkarlar üçün isə tam azadolma qüvvədə qalacaq.

Məsələn, illik mənfəəti 300 min manat olan aqrar şirkət əvvəlki qaydada 60 min manat əvəzinə cəmi 6 min manat vergi ödəyəcək. Beləliklə, onun faktiki vergi yükü 2 faiz təşkil edəcək.

Bu güzəştlər broyler, istixana və ferma kompleksləri kimi sənaye üsulu ilə istehsal aparan təsərrüfatlara da şamil olunacaq.

Məhsulunu qablaşdıran və donduran fermerlərə də güzəşt

Təklif olunan dəyişikliklər fermerlərin öz məhsullarını ilkin emal etməsinə də vergi üstünlükləri yaradacaq.

Belə ki, öz istehsal etdiyi məhsulu çeşidləyən, qablaşdıran, soyudan, donduran, kəsən və ya qurudan istehsalçılara 90 faizlik vergi güzəşti tətbiq ediləcək. Nəticədə bu fəaliyyətdən əldə olunan gəlirlərə tətbiq edilən 20 faizlik verginin effektiv dərəcəsi 2 faizə enəcək.

Mikrosahibkarlıq subyektləri üçün isə EKTİS-də qeydiyyat və bəyannamə şərtlərinə əməl etməklə ilkin emaldan əldə olunan gəlirlərin tamamilə vergidən azad edilməsi nəzərdə tutulur. Güzəşt başqa istehsalçılardan alınmış məhsulların emalına şamil edilməyəcək.

Fermerlər üçün qeydiyyat şərti

Gəlir və mənfəət vergisi, eləcə də sadələşdirilmiş vergi üzrə güzəştlərdən yararlanmaq istəyən istehsalçılar EKTİS-də qeydiyyatdan keçməlidirlər. Vergi orqanında uçotda olan şəxslər bəyannamələrini İnternet Vergi İdarəsi vasitəsilə təqdim etməlidirlər.

Ailə kəndli təsərrüfatı kimi qeydiyyatda olan şəxslərdən isə VÖEN almaları və vergi bəyannaməsi təqdim etmələri tələb olunmur.

Hazırda EKTİS-də 370 mindən çox subyekt qeydiyyatdadır. Subsidiyalardan və digər dövlət dəstəyindən yararlanan fermerlərin əksəriyyəti artıq sistemdə qeydiyyatda olduğundan onların yenidən qeydiyyatdan keçməsinə ehtiyac yoxdur.

Qeyd edək ki, təklif olunan dəyişikliklər 2027-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Noyabr 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri