Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bakı nəhəngi geri döndü: “Neftçi“ rəqiblərin planını pozur

Bakı nəhəngi geri döndü: “Neftçi“ rəqiblərin planını pozur

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Futbol üzrə Azərbaycan Premyer Liqası finişə yaxınlaşır. Yarışın 26 turundan sonra "Qarabağ"la "Sabah" ikincinin daha üstün olduğu çempionluq mübarizəsindədirlər. Son yeddi turda ehtiyatında bir oyunu da olan "atlılar" 10 xallıq fərqi aradan qaldırmağa çalışacaqlar. Avrokubok mübarizəsi də qətiyyən çempionluq savaşından geri qalmır. Burada "Turan Tovuz", "Zirə" və "Araz Naxçıvan"a yeni fiqur qoşulub. Son zamanlar yaxşı performans sərgiləyən "Neftçi" Konfrans Liqası iddiasını ciddi şəkildə ortaya qoyub.

Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Vernidubla dəyişən gedişat

Mövsümə zəif başlayan "Neftçi" Samir Abasovun rəhbərliyi altında nə tələb olunan oyunu göstərə bilir, nə də lazımi nəticələri əldə etməyi bacarırdı. 12-ci turda evdə yarışın yeni sakinlərindən "İmişli"yə 2:3 hesablı məğlubiyyət mütəxəssis üçün "ağ-qara" "sükançı"sı kimi sonuncu qarşılaşma oldu. İki tur onu Sənan Qurbanov əvəzlədi. Dekabrın 9-da isə ukraynalı Yuri Vernidub uzun danışıqlardan sonra paytaxt təmsilçisinə baş məşqçi təyin olundu. Daha əvvəl Moldova "Şerif"indəki uğurlu fəaliyyəti ilə yadda qalan 60 yaşlı çalışdırıcının tapşırığı mövsümün geri qazanılması idi. Bu heç də asan missiya kimi görünmürdü.

Vernidub komandaya qoşularkən "Neftçi" 14 oyundan cəmi 16 xal toplamış və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşmışdı. "Ağ-qaralar"ı həm sonuncu pillədən, həm də avrokuboklar zonası sayılan dördüncü yerdən 11 xal ayırırdı. Komanda həmin mərhələyədək cəmi 16 qol vurmuş, 14 top buraxmışdı. Sərgilənən oyun da gələcəyə dair ciddi ümid vəd etmirdi. Bununla belə, həm azarkeşlər, həm də mütəxəssislər razılaşırdı ki, "Neftçi" keyfiyyətli oyunçu arsenalına malikdir və düzgün məşqçi seçimi ilə vəziyyəti dəyişmək mümkündür. Bu dönüş nöqtəsi Vernidubun gəlişi ilə başladı. Ukraynalı mütəxəssisin rəhbərliyi altında Bakı klubu 11 oyun keçirib və yalnız birində məğlub olub. Bu müddətdə 7 qələbə qazanan komanda 3 qarşılaşmadan heç-heçə ilə ayrılıb. Bu uğurlu seriya "Neftçi"ni turnir cədvəlində 8-ci pillədən 5-ci yerə qədər yüksəldib. Hazırda 40 xalı olan "ağ-qaralar" "Zirə"dən cəmi 3 xal geri qalır. Üstəlik, komandanın ehtiyatda oyunu da var ki, bu amili nəzərə aldıqda "flaqman"ın rəqibi ilə eyni mövqedə qərarlaşmaq potensialı kifayət qədər real görünür. Digər tərəfdən, 3-cü pillədə qərarlaşan "Turan Tovuz"un 49 xalı var və mövcud dinamika fonunda bu məsafə də artıq əlçatmaz sayılmır. Mövsümün sonuna yaxınlaşdıqca "Neftçi"nin yüksəlişi turnir cədvəlində intriqanı daha da artırır.

Həm oyun düzəlib, həm də nəticələr

"Neftçi" azarkeşləri komandadan hər zaman baxımlı və hücumameyilli futbol tələb edib. Ümumiyyətlə, "ağ-qaralar"ın futbol fəlsəfəsinin əsasını məhz bu yanaşma təşkil edir. Samir Abasov dönəmində "neftçilər" daha çox praqmatik, nəticəyə hesablanmış oyun üslubuna görə tənqid olunurdu. Üstəlik, nəticələr də gözləntiləri doğrultmadıqca narazılıq daha da artırdı.

Vernidubun gəlişindən sonra isə vəziyyət həm nəticələr, həm də oyun baxımından nəzərəçarpacaq dərəcədə dəyişib. Artıq komandanın avrokubok zonasında qərarlaşması bu irəliləyişin ən konkret göstəricisidir. Oyun üslubu da tədricən azarkeşlərin gözləntilərinə uyğunlaşır.

Maraqlıdır ki, Vernidub heyətdə köklü dəyişikliklərə getmədi. Hətta qış transfer pəncərəsində də üstünlük mövcud resurslara verildi və yalnız minimal əlavələrlə kifayətlənildi. Əsas diqqət futbolçuların fərdi potensialının üzə çıxarılmasına yönəldi. İlk növbədə komandada nizam-intizam gücləndirildi, fiziki hazırlıq səviyyəsi yüksəldildi.

Uğurlu nəticələr komanda daxilindəki psixoloji mühiti də müsbət yöndə dəyişdi. Artan inam və motivasiya oyun keyfiyyətinə birbaşa təsir göstərdi. Bu gün "Neftçi" meydanda daha dominant çıxış edən tərəf kimi görünür. Statistik göstəricilər də bu transformasiyanı aydın şəkildə təsdiqləyir. İlk 14 turda cəmi 16 qol vuran "ağ-qaralar" sonrakı 11 oyunda rəqib qapılarına 26 dəfə yol tapıblar. Ümumilikdə isə "Neftçi" hazırda "Sabah" və "Qarabağ"dan sonra çempionatda ən çox qol vuran komandalardan biridir.

Ən vacib oyunlar

Qarşıdakı mərhələ "Neftçi" üçün həlledici olacaq. "Ağ-qaralar" avrokuboklara vəsiqə qazanmaq istəyirsə, ilk növbədə "Zirə"ni geridə qoymalıdır. Düzdür, mövsümün sonunda 4-cü pillə belə kifayət etməyə bilər. Çünki qəsəbə təmsilçisi Azərbaycan Kubokunda finalın bir addımlığındadır və kuboku qazandığı halda çempionatın 4-cüsü qitəmiqyaslı yarışlardan kənarda qala bilər.

Bununla belə, "Neftçi" hər şeydən əvvəl öz üzərinə düşəni maksimum səviyyədə yerinə yetirməlidir. Komandanı son dərəcə ağır və gərgin təqvim gözləyir. Birbaşa rəqiblər olan "Araz-Naxçıvan" və "Zirə" ilə oyunlar, "Qarabağ"a qarşı həm təxirə salınmış, həm də təqvim üzrə görüş, eləcə də "Sabah"la çətin qarşılaşma "ağ-qaralar"ın qarşısında duran əsas sınaqlardır. "Kəpəz", "Şamaxı" və "Karvan-Yevlax"la matçlar kağız üzərində daha rahat görünsə də, Azərbaycan Premyer Liqasında belə oyunların "asan" keçməsi nadir hallarda baş verir. Digər tərəfdən, "Turan Tovuz" və "Zirə"ni də eyni dərəcədə çətin oyunlar gözləyir. Bu isə o deməkdir ki, son turlarda xal itkiləri yalnız "Neftçi" üçün deyil, bütün rəqiblər üçün real görünür.

Beləliklə, "Neftçi"nin qarşısında minimal hədəf kimi 4-cü pillə dayanır. Komandanın hazırkı forması və dinamikanı nəzərə alsaq, bu, artıq real görünür. Klub mövsümü xilas etməyə çox yaxındır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Aprel 2026 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri